Bu gün, 17:30 0 Dünya

Tpamp, Zelenski və Putin bir masa arxasında toplaşacaqmı?

Tpamp, Zelenski və Putin bir masa arxasında toplaşacaqmı?
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə keçirdiyi görüş “çox məhsuldar” olub.

“Əziz qonaqlarımızla Ağ Evdə çox məhsuldar görüş keçirdim”, – deyə Tramp bildirib.


Onun sözlərinə görə, görüşdə Ukrayna üçün təhlükəsizlik təminatları müzakirə olunub. Tramp qeyd edib ki, bu zəmanətlər ABŞ-ın koordinasiyası ilə müxtəlif Avropa ölkələri tərəfindən veriləcək.

Tramp həmçinin təsdiqləyib ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb və Zelenski ilə görüşün harada keçiriləcəyinə dair razılıq əldə etməyə başlayıb. Görüşün yeri sonradan açıqlanacaq.

ABŞ lideri əlavə edib ki, Putin və Zelenski arasında danışıqlardan sonra onun da iştirak edəcəyi üçtərəfli görüş baş tutacaq.

Axiosun məlumatına görə, Tramp Putin və Zelenskinin görüşünü avqustun sonunadək keçirməyi planlaşdırır.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: