Zelenski deyir ki, ərazi məsələsi yalnız Putinlə müzakirə ediləcək

Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya əvvəlcə Kiyevlə ikitərəfli, daha sonra isə üçtərəfli formatda görüş təklif edib. Onun sözlərinə görə, Ukrayna liderlər səviyyəsində hər bir formatda danışıqlara hazırdır.
Zelenski vurğulayıb ki, ərazilərlə bağlı məsələ yalnız onun və Vladimir Putinin arasında müzakirə ediləcək. O, tərəfdaşlarına hazırkı faktiki nəzarət xəritəsini göstərib və Putinlə Tramp arasında mümkün ikitərəfli görüşün detalları barədə Kiyevin məlumatsız olduğunu bildirib.
Danışıqlarda həmçinin Ukrayna uşaqlarının geri qaytarılması yolları, o cümlədən “hamını hamıya” mübadilə variantı – yalnız hərbi əsirlər deyil, mülki şəxsləri də əhatə edən – müzakirə olunub. Zelenskinin sözlərinə görə, ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazır olduğunu açıq şəkildə ifadə edib.
Prezident həmçinin 90 milyard dollarlıq yardım paketinin mövcudluğunu təsdiqləyib və detalları 10 gün ərzində işlənəcəyini qeyd edib. O, ön şərtsiz Putinlə görüşməyə hazır olduğunu da bildirib, çünki atəşkəs tələbinin irəli sürülməsi Rusiyaya yeni şərtlər qoymaq imkanı verə bilər.
Ulusum.az

“Bu, bizim ən yaxşı görüşümüzdür. Bir çox məsələni detallı şəkildə müzakirə etdik”, – deyə Ukrayna lideri əlavə edib.
Danışıqlarda həmçinin Ukrayna uşaqlarının geri qaytarılması yolları, o cümlədən “hamını hamıya” mübadilə variantı – yalnız hərbi əsirlər deyil, mülki şəxsləri də əhatə edən – müzakirə olunub. Zelenskinin sözlərinə görə, ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazır olduğunu açıq şəkildə ifadə edib.
Prezident həmçinin 90 milyard dollarlıq yardım paketinin mövcudluğunu təsdiqləyib və detalları 10 gün ərzində işlənəcəyini qeyd edib. O, ön şərtsiz Putinlə görüşməyə hazır olduğunu da bildirib, çünki atəşkəs tələbinin irəli sürülməsi Rusiyaya yeni şərtlər qoymaq imkanı verə bilər.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO