Bu gün, 21:00 0 Hadisə / Dünya

ABŞ-da it üçüncü dəfə insan qalıqları tapdı – sirlə dolu araşdırma davam edir

ABŞ-da it üçüncü dəfə insan qalıqları tapdı – sirlə dolu araşdırma davam edir
ABŞ-ın Alabama ştatının Birmingem şəhərində adi bir ev iti il ərzində üçüncü dəfə sahibinə insan qalıqları gətirib.

Bu barədə AL.com nəşri məlumat yayıb.

Bir il əvvəl, 2024-cü il avqustun 20-də “Çikarin” adlı it insan kəlləsi gətirib. İkinci hadisə həmin ilin 12 dekabrında baş verib – bu dəfə itdə baldır sümüyü aşkarlanıb. Polis ərazini yoxlasa da, başqa heç nə tapılmayıb.

2025-ci il avqustun 8-də isə ev sahibi həyətdə yenidən insan sümüyü görüb. Onu da Çikarin gətirmişdi. Bu dəfə şerif idarəsinin əməkdaşları xidməti itlərlə yaxınlıqdakı meşəni axtarıb və bir neçə skelet fraqmenti tapıblar. Hazırda DNT analizi aparılır ki, onların it tapıntıları ilə bağlı olub-olmadığı müəyyənləşdirilsin.

Mart ayında keçirilən ekspertiza göstərib ki, əvvəlki kəllə və baldır sümüyü bir insana məxsusdur və kəllədə güllə yarasının izləri var. İtin üstünə GPS izləyici quraşdırılıb, lakin onun gəzdiyi yerlərdə yeni tapıntılar aşkarlanmayıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: