Bu gün, 16:00 0 Dünya

ABŞ Prezidenti: “Mən hamını sevirəm, istəyim yalnız müharibənin bitməsidir”

ABŞ Prezidenti: “Mən hamını sevirəm, istəyim yalnız müharibənin bitməsidir”
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş zamanı bildirib ki, o, həm ukraynalılara, həm də ruslara sevgisini ifadə edir. Görüşün yayımı C-Span telekanalı tərəfindən aparılıb.

Birgə mətbuat konfransının sonunda jurnalistlər amerikalı liderdən ukraynalılara nə demək istədiyini soruşublar. Tramp cavabında bildirib ki, onları sevir.

“Mən hamını sevirəm. Rusları da. Mən istəyirəm ki, bu müharibə bitsin. Bu qədər”, – deyə ABŞ Prezidenti əlavə edib.


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: