Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Humus Yaxın Şərq mətbəxinin ən məşhur və sevilən qəlyanaltılarından biridir. Bu reseptlə ev şəraitində asanlıqla, tam təbii və dadlı humus hazırlaya bilərsiniz.
Ərzaqlar (200 ml stəkanla ölçülür):
- 2 stəkan bişmiş və qabığı təmizlənmiş noxud
- 4 xörək qaşığı tahin (küncüt pastası)
- 2 diş sarımsaq
- 4 xörək qaşığı zeytun yağı
- 1 limonun suyu
- 1 çay qaşığı duz
- 4–5 xörək qaşığı noxud suyu və ya adi su (istədiyiniz qatılığa görə)
Üzəri üçün:
- Doğranmış pomidor
- Közlənmiş bibər
- Cəfəri
- Duz, istiot
- Zeytun yağı
Hazırlanması:
1. Bütün əsas ərzaqları blenderə əlavə edin və kütlə krem kimi hamar olana qədər çəkin. Əgər qatılıq çoxdursa, az-az su əlavə edin.
2. Hazır humusu dərin boşqaba qoyun.
3. Üzərini doğranmış pomidor, köz bibər və cəfəri ilə bəzəyin.
4. Son olaraq zeytun yağı gəzdirin və zövqə görə duz, istiot əlavə edin.
Tövsiyə:
Humusu təzə çörək, lavaş və ya tərəvəz dilimləri ilə süfrəyə verə bilərsiniz. Soyuducuda 3–4 gün saxlanıla bilər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO