Mərci Kiftəsi Resepti
Tərkibi:
• 1 stəkan qırmızı mərci
• 3 stəkan su
• 1,5 stəkan incə köftəlik bulqur
• Yarım dəstə cəfəri
• 4-5 ədəd təzə soğan
• 1 ədəd orta ölçülü limonun suyu
Sous üçün:
• 1 ədəd orta boy quru soğan
• Yarım çay stəkanı zeytun yağı
• 1 dolu yemək qaşığı tomat pastası
• 1 dolu yemək qaşığı bibər pastası
• 1 çay qaşığı kimyon (mütləq)
• 1 çay qaşığı qırmızı pul bibər
• 1 çay qaşığı qara bibər
• 1 çay qaşığı duz (pastanın duzuna görə nizamlayın)
1. Hazırlıq:
Qırmızı mərciyi yuyub 3 stəkan su ilə yumşalana qədər bişirin. Azacıq suyu qalanda (tam çəkməmiş halda) ocağı söndürün.
2. Dəmləmə:
İsti mərciyə bulquru əlavə edib qarışdırın. Qazanı qapaqla bağlayın və 20-30 dəqiqə şişməyə qoyun.
3. Sousun hazırlanması:
Zeytun yağını tavada qızdırın, doğranmış soğanı əlavə edib qovurun. Üzərinə tomat və bibər pastasını əlavə edin, 1-2 dəqiqə qoxusu çıxana qədər qovurmağa davam edin.
4. Ədviyyat və gizli inqrediyent:
Sousa kimyon, qırmızı bibər, qara bibər və duz əlavə edin.
Üzərinə yarım stəkan su əlavə edib 1-2 dəqiqə bişirin ki, sous qatlaşsın.
Ocaqdan götürüb bir qədər soyumağa qoyun.
5. Yoğurmaq:
Şişmiş mərci-bulqur qarışığını iri qaba tökün.
Üzərinə ilıq sousu əlavə edib əlcək geyinərək ən az 4-5 dəqiqə ərzində bütün inqrediyentlər bir-birinə qarışana qədər yoğurun.
6. Son mərhələ:
Doğranmış cəfəri, təzə soğan və limon suyunu əlavə edib 1 dəqiqə daha yoğurun. Əllərinizi azacıq yağlayaraq köftələrə forma verin.

• Gizli inqrediyent: Yarım çay stəkanı su

Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
Məhdudiyyətlər gücə çevrilir
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA