Misir təyyarəsi Ermənistandan keçməklə Azərbaycana gəlib
Misirdən havaya qalxan CASA C295 tipli hərbi-nəqliyyat təyyarəsi Azərbaycan istiqamətində uçuş zamanı Ermənistanın hava məkanından istifadə edib.
Ulusum.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumata görə, Qahirə–Bakı marşrutu üzrə uçuş 2025-ci ilin dekabr ayının əvvəlində baş tutub. Elə həmin gün təyyarə yenidən Ermənistan hava məkanı vasitəsilə Misirə geri qayıdıb.
Hadisə ilə bağlı nəşr Ermənistan Xarici İşlər Nazirliyinə sorğu ünvanlayaraq uçuşun məqsədini dəqiqləşdirib. Nazirlikdən bildirilib ki, sözügedən uçuş özəl səfər xarakteri daşıyıb.
“Qahirə–Bakı reysini Ermənistanın hava məkanı üzərindən həyata keçirən təyyarə sərnişin təyyarəsi olub. O, Azərbaycana özəl qaydada səfər edən yüksək vəzifəli şəxsi çatdırıb”, – deyə
Ermənistan XİN-in açıqlamasında qeyd olunub.
Qeyd edək ki, Misir Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin uçuş trayektoriyası Flightradar24 portalında əks olunub.
R.Daşdəmirova

Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
Məhdudiyyətlər gücə çevrilir
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA