Bu gün, 11:30 0 Cəmiyyət / Gündəm

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ
Torpaq bazarında bahalaşma davam edir – Apreldən yenidən artım gözlənilir. Bakıda torpaq sahələrinin qiymətləri xüsusilə mərkəz rayonlarda sürətlə yüksəlir, ekspertlər yaxın aylarda artımın davam edəcəyini bildirir.

Son illər Bakıda torpaq sahələrinin qiymətlərində ciddi artım müşahidə olunur. Xüsusilə Səbail və Yasamal rayonlarında bahalaşma daha kəskin hiss edilir.

Əmlak eksperti Elnur Fərzəliyev fikrincə, şəhərdə torpaq ehtiyatlarının azalması, söküntülər və fərdi evlərə artan tələbat qiymətlərin yüksəlməsinə əsas səbəblərdir.

Mövsümi olaraq isə torpaq bazarında canlanma əsasən aprel–avqust aylarında baş verir və bu dövrdə qiymət artımı qaçılmaz olur.

Ulusum.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.