Bu gün, 10:06 0 Kriminal

DGK: Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb - FOTO

DGK: Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb - FOTO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.

Bu barədə DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK: Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb - FOTO


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: