“Apple"-in gizli silahı – World Knowledge Answers nədir?

Bloomberg yazır ki, Apple yaxın illərdə səsli köməkçisi Siri-ni süni intellektə əsaslanan yeni imkanlarla genişləndirməyi planlaşdırır. Şirkətin “World Knowledge Answers” adlı daxili kod adı ilə hazırladığı alət Siri-yə veb axtarış funksiyası qazandıracaq. Bu, istifadəçilərin suallarına ChatGPT və ya Google-un İİ xülasələrinə bənzər formatda cavab verməyə imkan yaradacaq.
Yeniliyin iOS 26.4 yeniləməsinin bir hissəsi olaraq 2026-cı ilin martında istifadəyə verilməsi gözlənilir.
Bununla yanaşı, Apple hələ bir il əvvəl elan etdiyi fərdiləşdirilmiş Siri layihəsini də təqdim edəcək. 2026-cı ildə gələcək yeniləmələrlə Siri yeni interfeys qazanacaq və sağlamlıqla rifaha yönəlmiş ödənişli abunə xidmətlərinin əsas elementi olacaq.
Apple müxtəlif İİ modellərinin tətbiqini nəzərdən keçirir. Siri həm şirkətin öz həllərindən, həm də OpenAI, Anthropic və ya Google texnologiyalarından istifadə edə biləcək. Bununla belə, şirkət vurğulayır ki, şəxsi məlumatların emalı yalnız Apple ekosistemində aparılacaq, üçüncü tərəf modellər isə ancaq planlaşdırma və internet axtarışları ilə bağlı ssenarilərdə tətbiq ediləcək.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 18:30
Tramp xəbərdarlıq edir: nəsə mütləq baş verməlidir
Dünya
Bu gün, 16:00
Boris Conson niyə Donald Trampdan üz döndərdi?
İqtisadiyyat / Dünya
Bu gün, 15:00
Rusiya büdcəsi neft-qazdan milyardları niyə itirir?
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Qatı, ətirli və acılı badımcan İKRASI
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Rusiyanın yeni hücumu Ukraynanı yasa boğdu
ABŞ Rusiyanı Ukrayna ilə sülh danışıqlarına çağırdı