Bu gün, 12:48 0 Dünya

“İstəkli koalisiya” bu gün Trampa Ukrayna zəmanətlərini təqdim edir

“İstəkli koalisiya” bu gün Trampa Ukrayna zəmanətlərini təqdim edir
Bloomberg-in məlumatına görə, “istəkli koalisiya” adlanan qrupun liderləri artıq bu gün, sentyabrın 4-də ABŞ prezidenti Donald Trampa Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə bağlı ideyaları təqdim edə bilərlər.

Mənbələrin bildirdiyinə görə, Kiyevin müttəfiqləri Vaşinqtondan hansı öhdəlikləri götürməyə hazır olduğunu açıq şəkildə deməsini istəyirlər. Avropalılar, yəqin ki, ABŞ-ın bu zəmanətlərə hansı formada töhfə verəcəyinə dair konkret öhdəliklər almağa və Vaşinqtonu Rusiya əleyhinə sanksiyaları sərtləşdirməyə təhrik etməyə çalışacaqlar.

Həmçinin qeyd olunur ki, “istəkli koalisiya”nın liderləri Rusiyanın Ukraynaya qarşı yeni hücuma başlaya biləcəyindən ehtiyat edirlər. Onlar bunun Avropa müttəfiqlərinin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra baş verə biləcəyini düşünürlər.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: