Dünən, 11:08 0 Kriminal

DİN: KRİMİNAL XRONİKA

DİN:  KRİMİNAL XRONİKA
Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub

Mayın 15-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Paytaxtda mobil telefon oğruları saxlanılıb
Paytaxtın Nəsimi rayonunda müxtəlif şəxslərə məxsus mobil telefonlar oğurlanıb. Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı R.Şahsuvarov, 31 yaşlı Ü.Abbaslı və bir qadın saxlanılıblar.Binəqədi rayonunda avtoyuma məntəqələrinin birindən isə 300 manat pul və mobil telefon oğurlayan 28 yaşlı H.Hüseynzadə saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.

Xəzər rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Xəzər rayonu ərazisində ayrı-ayrı 3 vətəndaşa məxsus yaşayış sahələrindən elektrik naqilləri, təmir, təsərrüfat alətləri oğurlanıb və nəticədə zərərçəkənlərə 2200 manatdan artıq maddi zərər vurulub.Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətmiş 47 yaşlı R.Sadıqov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.

Bakı və Sumqayıt şəhərlərində silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.Növbəti profilaktik tədbirlər nəticəsində Nəsimi və Yasamal rayonlarında 4 paytaxt sakini 4 avtomat silahı və 43 patronu, həmçinin Sumqayıt şəhər sakini olan bir nəfər tapdığı tapançanı könüllü polisə təhvil verib.Araşdırmalar aparılır.


İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 15-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 15-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Ümumi çəkisi 1,1 kiloqramdan artıq narkotik vasitə və 20 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 15-də ümumi çəkisi 1,1 kiloqramdan artıq narkotik vasitə və 20 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Mayın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 10 tüfəng və 106 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: