Avropada ölümcül göbələk sürətlə yayılır – ECDC-dən həyəcan siqnalı
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) məlumatına görə, Candidozyma auris adlı ölümcül təhlükəli göbələk Avropanın tibb müəssisələrində sürətlə yayılır. Məlumatda qeyd olunur ki, bu infeksiya həm xəstələr, həm də səhiyyə sistemləri üçün ciddi təhdid yaradır.
ECDC vurğulayıb ki, dərmanlara davamlı olan bu göbələk Avropa xəstəxanalarında sürətlə yayılır və təcili tədbirlər görülməlidir.
Mərkəzin açıqlamasına əsasən, göbələk əksər göbələk əleyhinə preparatlara qarşı davamlıdır, zəifləmiş xəstələrdə ağır infeksiyalara səbəb olur və uzun müddət tibbi avadanlıqların üzərində qala bilir.
2013–2023-cü illərdə Aİ/AEA ölkələrində dörd mindən çox yoluxma halı qeydə alınıb. Xüsusilə 2023-cü ildə vəziyyət kəskinləşib – 18 ölkədə 1346 yoluxma təsdiqlənib.
Yeni ocaqlar Kipr, Fransa və Almaniyada aşkar edilib. Yunanıstan, İtaliya, Rumıniya və İspaniyada isə vəziyyət artıq lokal çərçivələri aşıb və milli səviyyəyə çatıb. Mütəxəssislər Avropanın bu yayılmaya qarşı hazırlığını kifayət qədər adekvat hesab etmirlər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib