"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt şəhər Kimyaçı Mədəniyyət sarayinda "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər ictimaiyyəti, şəhid ailələri, qazilər, media nümayəndələri iştirak ediblər. Əvvəlcə haqq-savaşında canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət himni səsləndirilib.
ŞAD İB-nin təşəbbüsü və Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə BAYFİLM MMC-nin istehsal etdiyi "MİSSİYA" qısametrajlı bədii film nümayiş olundu.
Tədbirin təşkilatçısı Abşeron-Xızı Regional Mədəniyyət idarısinin əməkdaşı, "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdüllməcid Axundovun anası Ceyran Həsənova qonaqları salamladı. "2026-cı ilin Aprel döyüşlərində ordumuzun ilk qalibiyyəti əldə etdi və böyük zəfərin başlanğıcı aprel döyüşlərində tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. 30 ilin vətən həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı və Azərbaycan xalqı məğrur xalq, ordumuz isə dünyanın ən güclü ordusu sıralarında yer aldı." Tədbirdə zəhməti, əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi.
Natiqlər çıxış edərək bildirdilər ki, "ədalətin və bütövlüyün bərpasında artıq 5 il ötür, atrıq 5 illik Zəfər tariximizi qeyd edirik. Bizi zəfərə aparan yol 2016-cı il "Aprel döyüşləri", 2018-ci mart ayında "Günnüt əməliyyatı", 2020-ci ildə "Tovuz döyüşləri" 44 günlük Zəfər səlnaməsinə gələn qalibiyyət yolumuzdur. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, xalqımız müharibə başlayandan yumruq kimi bir oldu, vətən torpaqlarının azadlığı uğundu ayağa qalxdı. İlham Əliyevin qeyd etdiyi kimi, bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. 44 gün ərzində bütün dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi. Şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına tarixi , dədə-baba torpaqlarımız işğaldan azad olundu, hərb tariximizə qızıl hərflərlə QƏLƏBƏ yazıldı."
Rəsmi hissədən sonra bədii hissə gənc müğənni Əli Əliyevin və Azərbaycanın Özbəkistan Respublikasının xalq artisti Gülyanaq Məmədovanın gözəl ifaları davam etdi.

Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Ulusum Tv
Bu gün, 20:00
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
Mətbəx
Bu gün, 17:30
Resept – Tərəvəzli Mal Əti
Mətbəx
Bu gün, 16:55
Quesadilla- Axşam yeməyi
Mətbəx
Bu gün, 16:43
Yaradıcı Bacarıqlarınızı Kəşf Edin
Sağlamlıq
Bu gün, 16:12
Yuxuda anidən ölüm riski var - FOTO
Mətbəx
Bu gün, 15:27
1 Qaşıq Qiymədən Dadlı və Asan Şorba - VİDEO
Sağlamlıq
Bu gün, 13:00
Arıqlayarkən meyvə yemək mümkündürmü?
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO