Bu gün, 11:15 0 Kriminal

DİN: KRİMİNAL XRONİKA

DİN:  KRİMİNAL XRONİKA
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
Mayın 12-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 12-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Ümumi çəkisi 1 kiloqrama yaxın narkotik vasitə və 98 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 12-də ümumi çəkisi 1 kiloqrama yaxın narkotik vasitə və 98 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Mayın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 3 tapança, 14 tüfəng, 2 patron darağı və 47 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Paytaxtda narkokuryerliyə cəlb olunan daha bir şəxs saxlanılıb
Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat nəticəsində əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı Rəşad Məcidov saxlanılıb. Ondan 1 kiloqrama yaxın marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.R.Məcidov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və maddi gəlir qarşılığında narkotiklərin satışını planlaşdırdığını bildirib.Faktla bağlı araşdırmalar aparılır.

Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub
Mayın 11-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Nəsimi rayonu ərazisində dələduzluq və soyğunçuluq edən şəxslər saxlanılıblar
Nəsimi rayonu ərazisində bir nəfər 50 yaşlı kişini aldatmaqla onun 36500 manatını mənimsəyib.Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı R.Qurbanov saxlanılıb. Aparılan araşdırmalarla onun borclu şəxs qismində axtarışda olduğu da məlum olub.Bundan başqa, rayon ərazisində bir nəfərin 200 manatını soyğunçuluq yolu ilə almış 22 yaşlı M.Ağamaliyev də saxlanılıb.Araşdırma aparılır.

Avtomobildən təkər və yanacaq oğurlayan şəxslər saxlanılıblar
Sabunçu rayonu Balaxanı qəsəbəsinin ərazisində paytaxt sakininə məxsus “MAN” markalı avtomobildən 1400 manat dəyərində təkər və 600 litr yanacaq oğurlanıb.Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı E.Bayramov və 34 yaşlı E.Bəkirov müəyyən olunaraq saxlanılıblar.Araşdırmalar aparılır.

İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 10-da və 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: