Jalə Cəfərova və Yunus Əmrə: Mənəvi Yoldaşlıq

2025-ci il aprelin 15-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatırında fəlsəfə elmləri doktoru, tanınmış tədqiqatçı, jurnalist və kitab yazıçısı Jalə Cəfərovanın, missioner şair Yunus Əmrənin “Dünyanı Yaxşılar Gözəlləşdirir” kitabının və eyni adlı filmin təqdimatı qeyd edilib. Filmin rejissoru və ssenari müəllifi Etibar Məmmədov bu ekran əsərində Yunus Əmranın həyat və fəlsəfəsini vizual poetik dillə çatdırmağı bacarıb.
Tədbir, istiqlalımız və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə rəsmi şəkildə açıq elan olunub.

Açılışda nümayiş etdirilən videoçarxda Jalə xanımın yazdığı mətn səsləndirilib. O, Yunus Əmrəni humanizmin carçısı, əxlaqi fikirlərin daşıyıcısı, haqqa gedən yolda özünü axtaran böyük bir ruh kimi təqdim edərək, Anadolunun yetişdirdiyi bu böyük mütəfəkkirin həyat və böyük ozan yaradıcılığında Azərbaycanın izlərinin, nəfəsinn hiss etdiyimizi vurğulayıb.
Videoçarxda Jalə xanım sanki 700 il əvvələ səyahət etmiş, başında əmmaməsi, qəlbi hikmətlə dolu, saçları ağarmış bir müdrik kimi qarşısında dayanan Yunus Əmrənin dilindən söylədiklərini dinləmişdi. O, haqq yoluna ömrünü həsr etmiş bu böyük söz ustasının dünyadan köç etdikdən sonra belə dilləndirilməmiş kəlmələrini, könül sirlərini qələmə almaq istəmişdi. Yunus Əmrənin yaradıcılığına duyduğu sonsuz sevgi ilə, onunla ilk mənəvi qarşılaşmasında içindəki ehtiram və həyəcan o qədər güclü idi ki, qışın sərt soyuğunu belə duymamışdı..

Sanki Yunus Əmrə, Jalə xanımın yaşadığı dövrə onunla bərabər gəlib, sükut içində, amma könül dili ilə ona öz ömür yolundan, mənəvi dünyasından, Allaha olan sonsuz sevgisindən danışmışdı. Elə bil, bu hikmət dolu mütəfəkkir 700 illik zaman səddini aşaraq Jalə xanımın könlünə yol tapmış, ona buraxdığı izlərin dərinliyini, ruhunun səsini və sözünün işığını araşdırmağı, gələcək nəsillərə çatdırmağı vəsilə etmişdi.

Sənəti və səsi ilə hər zaman seçilən Həlimət Məmmədovanın gurultulu alqışlarla qarşılanan ifasında “Eşq” kompozisiyası səhnəyə sözün əsl mənasında musiqili avazları ilə “Ya Allah, Ya Allahu” deyərək Yunus Əmrənin dilindən bəşəri Allahı sevməyə, əxlaqi ucalığa çağıran ruhi bir cazibə və mənəvi rəng qatdı.
Onun hisslərlə yoğrulmuş, ahəngdar və möhtəşəm tərzdə səsləndirdiyi bu əsər, tədbir iştirakçılarında sadəcə sükut deyil, ruhlara toxunan dərin bir harmoniya və ilahi duyğular oyatdı.

Əli Şamil müəllim öz folklorşünas yanaşması ilə tədbirə dəyərli töhfələrini təqdim edib. Ədəbiyyatşünas alim, Bədirxan Əhmədov Jalə xanımın yaradıcılığına yüksək qiymət verərək, onun sənətini təqdir edib. Türkoloq Firuzə Ağayeva isə çıxışında Yunus Əmrənin ədəbiyyat tarixindəki yüksək mövqeyindən söz açaraq, onun mənəvi irsinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.

Tədbirdə psixoloq Luminet Emrahlı da çıxış edərək, əsərin və filmin insan ruhuna təsirini və bu cür layihələrin psixoloji əhəmiyyətini qeyd edib. Və belə tədbirlərin insan psixologiyasına müsbət təsirini vurğulayıb.

Tədbirin yüksək səviyyədə təşkili, bütün iştirakçılarda dərin təəssüratlar yaratmaqla yanaşı, bir çoxlarının yaddaşına silinməz iz buraxdı. Jalə Cəfərovanın bu sahədə göstərdiyi misilsiz fədakarlıq, sənətinə olan sonsuz sevgisi, peşəkarlığı və daxili cəsarəti onun təkcə bir müəllif və tədqiqatçı kimi deyil, həm də mədəni irsin qoruyucusu kimi necə böyük bir missiyanı daşıdığını nümayiş etdirdi.
O, Yunus Əmrənin nurlu irsini gələcək nəsillərə daşımaq üçün bir körpü rolunu oynayaraq, bu möhtəşəm təqdimatla türk dünyasının mənəvi xəzinəsinə dəyər qatdı.

Sonda isə alqışlarla ayağa qalxan tamaşaçılar sanki bir ağızdan, bu ilahi enerjini hiss etdirən gecənin baş memarı Jalə Cəfərovaya minnətdarlıq duyğularını ifadə edirdilər. Mən də bu nurlu tədbirin yaradıcısı və müəllifi kimi, Jalə xanıma dərin təşəkkürümü bildirirəm. O, məsləkinə olan sədaqəti ilə şəxsi rahatlığını ikinci plana ataraq, bu əvəzsiz gecəni gerçəkləşdirməyi bacardı. Onun fəaliyyəti təkcə bu günü deyil, həm də səhəri düşünən, gələcək nəsilləri ruhlandıran sivilizasiyanın simvolu kimi daim parlayacaq.

Var olun Jalə xanım!

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Yeni Yaşımın Səssiz Gücü
Əlisultan İsgəndərzadə – Zəhmətlə Yoğrulmuş Ömür
Rəxşəndə – Günəşi Ürəyində Daşıyan Qadın
"Ulusum.az"-ın İşığı, Rəxşəndə İkram qızı — Doğum Günün Mübarək!
Xəzər Universitetində “Maarifçi” Proqramına Maraqlı Start!
Yaxşılıqla Gözəlləşən Dünya: Yunus Əmrənin İşığında Jalə Cəfərovanın Söz Yolu