Tovuzda DƏHŞƏT: Sabiq məmurun oğlu anasını balta ilə öldürdü, bacısını yaralayıb evi yandırdı

Tovuzda qanla bitən ailə münaqişəsi ilə bağlı bəzi detallar məlum olub. Hadisə şəhərin Əhməd Cavad küçəsində baş verib.
Ruhi-əsəb xəstəsi 31 yaşlı Kainat Namazov anası 55 yaşlı Sevinc Həsənova və bacısı Aliyə Namazova ilə aralarında yaranan mübahisədən sonra onlara kəsici alətlə hücum edib və hər iki yaxınını ağır yaralayıb. Daha sonra evi yandırıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin və rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə yerinin ilkin müayinəsi zamanı aşkar edilən iki yaralı qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Kainat Namazov Ruhi Əsəb Dispanserindən bir müddət əvvəl çıxıbmış və əvvəllər də tərəflər arasında ailədaxili münaqişələr yaşanıb.
Kainat Namazov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Türk dünyası / Türkiyə
Bu gün, 09:45
Sürücü törətdiyi hadisə yerindən qaçmaq istəsə də, mobil telefon kamerasına düşüb
Cəmiyyət / Şou-biznes
Bu gün, 09:40
“Eurovision 2026”: 5 ölkə İsrailin iştirakını boykot edəcək, Azərbaycanın mövqeyi gözlənilir
İqtisadiyyat
Bu gün, 09:20
Meksika Çin və Asiyadan gələn məhsullara əlavə rüsum tətbiq etməyə hazırlaşır
İdman
Bu gün, 09:05
Premyer Liqa: "Arsenal" qalib gəlib, "Çelsi" xal itirib
Mədəniyyət
Bu gün, 09:05
Yeni teatr mövsümünün açılış mərasimi keçirilib
İqtisadiyyat
Bu gün, 09:00
Tramp Rusiyadan neft idxalını dayandırmağa çağıraraq sanksiyaları gecikdirməyə çalışıb
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?