Heyli Biber “Rhode” brendini 1 milyard dollara satdı - FOTO

28 yaşlı model və sahibkar Heyli Biber özünə məxsus kosmetika brendi Rhode-u məşhur e.l.f. Beauty şirkətinə 1 milyard dollara satdı.

Hazırda Heylinin hesabına 800 milyon dollar keçəcək. Əlavə 200 milyon dollar isə satışlar artarsa, növbəti 3 il ərzində ona ödənəcək. Bu da demək olar ki, dəqiqdir — çünki təkcə ötən il brend 200 milyon dollar gəlir əldə etmişdi.

Biber brendi satmasına baxmayaraq, yenə də yaradıcılıq direktoru və innovasiya rəhbəri kimi çalışacaq. O, həm də strateji məsləhətçi rolunu icra edəcək.

Heyli sosial şəbəkədə bunları yazıb:

“Rhode ilə bağlı hər zaman qlobal arzularım olub. Yeni ortaqlıqla daha çox insana çatmaq istəyirəm. Bu sadəcə başlanğıcdır!”

Heyli Biber bu brendi cəmi 3 il öncə — 2022-ci ildə qurmuşdu. “Şüşə dəri” trendi, viral dodaq parıldadıcıları və estetik telefon aksessuarları sayəsində Rhode sürətlə məşhurlaşdı və TikTok-da partlayış yaratdı.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Siyasət
Bu gün, 13:00
Nadir Adilov BMT-nin Komitəsinə sədr müavini seçildi
Cəmiyyət
Bu gün, 12:30
Daha 18 milli standart hazırlanaraq təsdiq edilib
Cəmiyyət
Bu gün, 10:30
İsrail aviasiyası Homs ətrafını bombaladı
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə