Səhnənin Qəmlosu – Məlik Dadaşov 101 yaşında da unudulmur

Bu gün Azərbaycan teatr və kino sənətinin nəhəng simalarından biri – Xalq artisti Məlik Dadaşovun doğumundan 101 il ötür. 1924-cü ilin 7 iyun tarixində Bakıda dünyaya gələn sənətkar, ömrünün hər səhifəsini səhnəyə, sənətə və vətənə xidmətə həsr etdi.
İkinci Dünya müharibəsinin odlu-alovlu cəbhəsindən sağ qayıdan Dadaşov, aldığı beyin travmasına baxmayaraq, həyatını yenidən qurdu və 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başladı. 1950-ci ildən isə Akademik Dram Teatrının səhnəsində parladı.
O, elə bir dövrdə sənət yoluna qədəm qoydu ki, Ələkbərovlar, Məmmədovlar, İsgəndərovlarla bir səhnəni bölüşmək həm böyük məsuliyyət, həm də ilham idi. Bu mühit Məlik Dadaşovu təkcə aktyor yox, əsl səhnə fenomeninə çevirdi.
"Qəmlo" dedikdə göz önünə gələn sima, "Abbasqulu bəyin nazı ilə çox oynayırsan a..., Kərbəlayi!" replikası ilə yaddaşlara həkk olunan səs – bu, Məlik Dadaşov idi. “Axırıncı aşırım”dakı Qəmlo, “Fəryad”dakı dramatizm, “Atayevlər ailəsi”ndəki ağırlıq onun aktyorluq palitrasının zənginliyinin sübutudur.
Teatrda “Canlı meyit”, “On ikinci gecə”, “Sənsiz” kimi tamaşalarda yaratdığı obrazlar bu gün də unudulmur. Onun səsi, baxışı, mimikası, yaratdığı hər bir obrazla milyonlarla tamaşaçının yaddaşında iz buraxıb.
Ömrünün son illərində Rus Dram Teatrının direktoru kimi də fəaliyyət göstərən sənətkar, eyni zamanda gələcək aktyor nəsillərinə dərs deyərək təcrübəsini bölüşdü.
Azərbaycan aktyor sənətinin bu zirvəsi 1996-cı ilin dekabrında dünyasını dəyişsə də, yaratdığı sənət xəzinəsi ilə xalqının yaddaşında əbədiyaşardır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 18:40
Ötən gün kartlardan 6 minə yaxın pul oğurlanıb
Siyasət
Bu gün, 18:21
Nazir şəxsi heyətin döyüş fəaliyyəti ilə maraqlanıb
Hadisə
Bu gün, 16:05
Bakıda dəhşətli qəza: Mercedes yük maşını “Volkswagen”ə çırpıldı – 3 ölü, 1 yaralı - VİDEO
Populyar Xəbərlər
Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO
"Səssizliyin Səsi Olaq" Suverenlik İlində Eşitmə Məhdudiyyətli Uşaqlara Ümid Dolu Bayram
Sabir Rüstəmxanlı ilə 15 Cildlik Əsərlərin Sehrli Dünyasına Səyahət - VİDEO
Mobil tarif və internet qiymətləri mübahisəyə səbəb oldu - VİDEO
Rusiya və Ukrayna nümayəndələri Çırağan sarayında üz-üzə gəlir
Baydenin xəbəri varmı? Prezidentin adından sənədləri kimlər təsdiqləyib?