Bu gün, 19:30 0 İqtisadiyyat

Bloomberg: EBRD Ukraynaya 1,5 milyard avro investisiya qoymağa hazırdır

Bloomberg: EBRD Ukraynaya 1,5 milyard avro investisiya qoymağa hazırdır
2025-ci ildə Avropa Bərpa və İnkişaf Bankı (EBRD) Ukraynanın iqtisadiyyatına 1,5 milyard avro sərmayə qoymağı planlaşdırır. Bu barədə Bloomberg, bankın Ukrayna və Moldova üzrə direktoru Arvid Türknərə istinadən məlumat verib.

"İnfrastruktur və enerji təhlükəsizliyi iki əsas prioritet sahədir, sonra isə özəl sektor və ərzaq təhlükəsizliyinin gücləndirilməsi gəlir," — deyə məlumatda bildirilir.

Agentlik qeyd edir ki, 2024-cü ildə EBRD Ukraynaya 2,4 milyard avro kredit ayırıb.

Səidə Mustafa

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: