Bu gün, 15:00 0 Dünya

Şiddətli yağışlar Pakistanın şimalında faciəyə yol açdı

Şiddətli yağışlar Pakistanın şimalında faciəyə yol açdı
Pakistanın şimalında şiddətli yağışların nəticəsi olaraq son 48 saat ərzində ən azı 350 nəfər həyatını itirib. Geo portalı fövqəladə hallar idarəsinə istinadla xəbər verir ki, yalnız Həyber-Paxtunxva bölgəsində 328 nəfər ölüb, onlarla insan yaralanıb.

Şiddətli daşqın və torpaq sürüşmələrindən ciddi ziyan çəkmiş ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir. Həmin bölgələrdə evlər və infrastruktur dağılıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: