Dünən, 19:00 0 Şou-biznes

Afra Saraçoğlu-nun səhnəsi Braziliya universitetlərini fəth etdi - FOTO

Afra Saraçoğlu-nun səhnəsi Braziliya universitetlərini fəth etdi - FOTO
Oyunçuluq bacarığı ilə adını gündəmə gətirən Afra Saraçoğlu 6 il əvvəl baş rolunda olduğu serialdakı bir səhnə ilə Braziliya universitetlərində dərs mövzusu oldu. Gözəl aktrisa, serialdakı həmin səhnəsi ilə ölkə sərhədlərini aşdı.

Hər bölümündə izləyicisini ekrana bağlayan Yalı Çapkını serialında Seyran obrazına həyat verən gözəl aktrisa Afra Saraçoğlu, 6 il əvvəl rol aldığı Kardeş Çocukları serialı ilə ölkə sərhədlərini aşdı. Yalı Çapkını serialında Seyran obrazı ilə izləyicinin qəlbində taht qurmuş Saraçoğlu, 2019-cu ildə baş rolunu oynadığı Kardeş Çocukları serialında canlandırdığı ‘Hayat’ rolu ilə diqqət çəkmişdi.

Afra Saraçoğlu-nun səhnəsi Braziliya universitetlərini fəth etdi - FOTO


Saraçoğlu’nun kömürlük səhnəsindəki performansı Braziliyada Gözəl İncəsənət Fakültəsində oyunçuluq və mimika texnikası nümunəsi olaraq dərslərdə göstərilməyə başlandı. Braziliyada Gözəl İncəsənət Fakültəsində təhsil alan bir tələbə, Afra Saraçoğlu’nun 2019-cu ildə yayımlanan Kardeş Çocukları serialındakı yadda qalan kömürlük səhnəsini seçdi.



Hazırladığı analiz hesabatı professor tərəfindən seçilən ən yaxşı üç işdən biri oldu. Afra Saraçoğlu’nun mimika və oyunçuluq texnikaları dərslərdə tələbələrə göstərilməyə başlandı.

Ulusum.az




Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: