Gənclərin dostu 45 yaşını qeyd edir - EKSKLÜZİV

24 aprel - gənclər və idman naziri Fərid Qayıbovun doğum günüdür. Gənclərin dostu, gənclər və idman naziri Fərid Qayıbovun bu gün 45 yaşı tamam olur.
Nazir Fərid Qayıbov 1979-cu ildə Bakıda ziyalı ailəsində anadan olub.
ULUSUM.az saytının əldə etdiyi informasiyaya görə, cənab Fərid Qayıbov orta təhsilini Bakıda 1 və 8 saylı orta məktəblərdə alıb. Bakalavr və magistr təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində "biznesin idarə edilməsi" ixtisası üzrə alıb. F.Qayıbov 2014-cü ildə isə P. F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.
Əmək fəaliyyətinə Dövlət Neft Şirkətində başlayan nazir Fərid Qayıbov, idman karyerasına 2003-cü ildən Azərbaycan Gimnastika Federasiyasından "start" götürüb. Qayıbovun AGF-dəki fəaliyyəti olduqca səmərəli və möhtəşəm olub.
İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərən Fərid Qayıbov federasiyanın baş katibi vəzifəsinə qədər yüksəlib.
F.Qayıbovun beynəlxalq səviyyədə uğurları, ümumilikdə, Azərbaycanın böyük nailiyyəti kimi qiymətləndirilir.
Belə ki, Fərid Qayıbov 2018-ci ildən Avropa Gimnastikasının prezidenti vəzifəsinə seçilib. Qurumda belə bir mötəbər vəzifə tutan ilk azərbaycanlı kimi tarixə düşüb.
Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən, Fərid Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri vəzifəsinə təyin edilib. Həmin ildən idman ictimaiyyətinin rəğbətini qazanan Fərid Qayıbov gənclər sahəsində də böyük uğurlar əldə edib. Gənclərin xaricdə təcrübə əldə etməsi, təhsil alması və işlə təmin olunmasında böyük işlər görüb.
Öz sadəliyi və səmimiliyi ilə seçilən F.Qayıbov daim ictimaiyyət arasındadır. Gənc idmançılara şəxsən motivasiya verən nazir məktəbliləri də unutmur.
Dövlətimizin və xalqımızın cənab nazirə böyük ümidləri var. Hər birimiz onun böyük uğurlar əldə edəcəyinə inanırıq.
Cənab nazir Fərid Qayıbovu bir daha ulusum.az ailəsi adından ürəkdən təbrik edir, can sağlığı arzulayırıq.
Qarşıdan Paris Yay Olimpiya Oyunları gəlir. Və inanırıq ki, onun rəhbərliyi altında ölkəmizə xeyli sayda qızıl medallar gələcək.
Ağa Dadaşzadə
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes
Bu gün, 03:59
Avroviziya 2025 Finalı Bazeldə: Azərbaycan Finala Çıxa Bilmədi, Səsləri Safura Əlizadə Açıqlayacaq
İqtisadiyyat
Bu gün, 02:01
Niderlandda İslam Təhsilində Sıçrayış: Rekord Sayda Müsəlman Məktəbi Açılır
İdman
Dünən, 18:00
Beşiktaşda çətinliklər yaşayan Oksleyd-Çemberleyn Premyer Liqa klublarının hədəfində
Cəmiyyət
Dünən, 17:00
Narkotik sizi deyil, siz onu yerə gömün!
Hadisə
Dünən, 16:30
Silahlı cinayətkarlar həbsxananı yarıb keçdi
Dünya
Dünən, 15:30
İran Beynəlxalq Məhkəmədə – Fransadan Haqq Savaşı
Populyar Xəbərlər
Aysel Xanlarqızı Beynəlxalq Ədəbiyyat Mükafatına Layiq Görüldü
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Ağdamda yeni nəqliyyat kompleksi – Böyük Qayıdışa güclü dəstək
Azərbaycanda Çin Dili Sürətlə Yayılır – Orta Məktəblərdə Tədris Olunacaqmı?
Jerar Depardye cinsi təcavüzdə təqsirli bilindi: Paris məhkəməsindən şərti cəza
Tekirdağda Görməli Yerlər: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Unudulmaz Səyahət FOTO/VİDEO