22-04-2024, 11:12 0 Gündəm / Cəmiyyət / Köşə

İzmirin “Sevgi yolu (aşk sokağı)” var, bəs Bakının? EKSKLÜZİV

İzmirin “Sevgi yolu (aşk sokağı)” var, bəs Bakının?  EKSKLÜZİV

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında Bakıda Gənclər Mərkəzinin və regionlarda "Gənclər evi"nin inşa edilməsi, Gənclər Fondunun yaradılması, gənclərin asudə vaxtının təşkili, gənclərin məşğulluğunun təmin edilməsi və s. işlərin görülməsi nəzərdə tutulub. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin gənclərlə bağlı yeritdiyi siyasət uğurludur. Eyni zamanda məktəblərdə də şagirdlərin asudə vaxtlarını səmərəli təşkil edilməsi istiqamətində davamlı işlər görülür. Hətta təqaüdə çıxmış, yaşlı insanların asudə vaxtlarını dəyərləndirmələri də dövlətin nəzarətində olan məsələlərdəndir. Aparılan siyasət nə qədər uğurlu olsa da, görülən işlərin çoxşaxəliliyi, müasir təfəkkür standartlarına uyğunlaşdırılması, modern və ənənəvi zövqü yaradıcı şəkildə birləşdirən infrastrukun yaradılması, o yerlərin maarifləndirici xüsusiyyətlərinin olması və eyni anda bütün yaş mərhələlərini əhatə etməsi vacib məsələdir. Bəs belə istirahət guşələrimiz nə qədərdir? Bir ailənin bərabərcə həm mənəvi, həm fiziki istirahət edib, birgə maariflənəcəyi, hər yaşa görə özünəməxsus zövq alacağı yerləri necə saya bilərik? Məsələn mən indi sizə bir məkanı tərif edəcəm:

ULUSUM.az bildirir ki, Türkiyənin İzmir şəhərində xoş gəzinti edə biləcəyiniz məşhur yerlərdən biri Alsancaqda qurulan “Sevgi Yolu”dur. Bura sevgililərin yolu deyil təkcə, həm də xurma və digər meyvə ağacları ilə bəzədilmiş bağlar arasında uzanan bu yol boyu düzülmüş kitab mağazaları, ikinci əl kitab satıçıları və suvenir dükanları, arasında xoş gəzintiyə çıxa, kitablar ala, satıcılarla birgə müzakirələr apara, həm də çay, kofe dəmləyib içə bilərsiniz. Hətta evdə hazırladığınız özəl suvenirləri də burada sata və ya paylaşa bilərsiniz. Maraqlısı odur ki, bu yolda nəqliyyatın hərəkəti qadağan olunub.

Buranın arnavut daşlı səkiləri və nostalji mənzərəsi sizi köhnə filmlərə aparacaq və  Sevgi Yolunda dayandığınız zaman mütləq kitablarından bir neçəsini almağa vadar edəcək. Mədəni atmosferin sıx olduğu bir mühitdə ikinci əl oxuma və test kitablarını araşdırıb, xoş söhbətlərlə çay içə bilərsiniz.

Mən bu qədər cümlələri boşuna yazmadım əlbəttə. Siz internet resurslarından istifadə edərək video formatda da bu yerlərə virtual səyahətə çıxa bilərsiniz. Amma məsələ ondan ibarətdir ki, niyə bizim ölkəmizdə belə mənzərəli və maarifləndirici, ruhlandırıcı, motivasiya edici, insana xoş rayihə baxışlayacaq məkanlar olmasın?! Bakının dillər əzbəri gözəlliyinə bu cür əlavələr edilməsin?!

Bakının və eləcə də digər dilbər şəhərlərimizin hər birində həm insanları kitaba daha çox həvəsləndirəcək, həm də mədəni zövqü inkişaf etdirəcək və yeni iş yerləri üçün də şərait olacaq gözəlliklər yaradıla bilər. 

Növbəti məqaləmizdə artıq belə bir asanlıqla və tez vaxtda qurulması mümkün gözəl yerlərdən birində foto reportajda görüşmək diləyilə… 

Rübabə SAHİB





Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: