25-06-2025, 12:00 0 İdman

15 yaşlı istedad Karlsenə şok yaşatdı: Dünya çempionu məğlub oldu!

15 yaşlı istedad Karlsenə şok yaşatdı: Dünya çempionu məğlub oldu!
16-cı dünya şahmat çempionu, norveçli Maqnus Karlsen, “Titled Tuesday” adlı onlayn turnirin üçüncü turunda 15 yaşlı rusiyalı Maksim İvannikova məğlub olub. Partiya 33-cü gedişdə başa çatıb. Karlsen bu oyunda qara fiqurlarla oynayıb.

Gənc istedad Maksim İvannikov hazırda FIDE ustalığına namizəd tituluna sahibdir və reytinqi 2184-dür. Halbuki Karlsenin reytinqi 2837 təşkil edir və o, dünya reytinqinin ilk pilləsindədir.

34 yaşlı norveçli şahmatçı 2022-ci ilə qədər dünya çempionu idi, lakin rusiyalı Yan Nepomnyaşi ilə titulu müdafiə matçından imtina etdikdən sonra bu adı tərk etmişdi. O, sürətli şahmat üzrə dünya çempionatını 8 dəfə qazanıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: