Piastri Mayamidə qalib gəldi – McLaren liderliyi ələ aldı

"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri “Formula 1” üzrə dünya çempionatının altıncı mərhələsi – Mayami Qran-Prisinin qalibi olub. Onun komanda yoldaşı Lando Norris ikinci yeri tutub. Üçüncü pillədə isə “Mercedes” pilotu Corc Rassell qərarlaşıb.
Hazırda pilotlar arasında ümumi sıralamada Piastri 131 xalla liderdir. Norris ikinci yerdədir (115 xal), “Red Bull”un sürücüsü Maks Ferstappen isə üçüncü pilləyə geriləyib (99 xal).
Konstruktorlar kubokunda isə “McLaren” 246 xalla birincidir. “Mercedes” 141 xalla ikinci, “Red Bull” isə 105 xalla üçüncü sıradadır.
Növbəti mərhələ 16–18 may tarixlərində İtaliyanın İmola şəhərində keçiriləcək.
Qeyd edək ki, Piastri aprelin 21-də Ciddədə keçirilən Səudiyyə Ərəbistanı Qran-Prisində də qələbə qazanmış və komanda yoldaşı Lando Norrisi qabaqlayaraq “Formula 1” pilotlarının ümumi sıralamasında liderliyə yüksəlmişdi.
Aprelin 19-da isə “Aston Martin” pilotu Lens Stroll mənfi rekorda imza atıb – o, “Formula 1” tarixində təsnifat mərhələsinin ikinci seqmentinə ən çox düşə bilməyən pilot olub. Kanada təmsilçisi bunu 75-ci dəfə Səudiyyə Ərəbistanı Qran-Prisində yaşayıb.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO