Bu gün, 20:30 0 Hadisə / Türkiyə

12 yaşlı Zeynəbin müəmmalı ölümü – Mardində faciə

12 yaşlı Zeynəbin müəmmalı ölümü – Mardində faciə
Mardinin Akçay kəndində 12 yaşlı Zeynəb Sutun müəmmalı ölümü ilə bağlı araşdırma aparılır. Rəsmi məlumatlara görə, o, qayalıqlardan dərəyə düşüb.

Hadisə yerinə çatan tibbi yardım və jandarma əməkdaşları Zeynəbi atasının avtomobilində, yorğana bükülü vəziyyətdə aşkarlayıblar. Yoxlama zamanı onun artıq həyatını itirdiyi müəyyən edilib.

İlkin iddialara görə, ailə uşağı düşdüyü yerdən çıxarıb və öldüyünü anlayınca yorğana bükərək avtomobilə qoyub.

Zeynəbin cəsədi Mardin Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb. Hadisə ilə bağlı jandarma tərəfindən istintaq başlanıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: