Azərbaycan təmsilçiləri 10 idman növündə mübarizə aparacaqlar

Serbiyanın ev sahibliyi etdiyi Gimnaziada İdman Oyunlarında ikinci günün yarışları keçiriləçirilib.

Oyunlarda Azərbaycan idmançıları da mübarizə aparıblar.
Azərbaycan Respublikası Milli Olimpiya komitəsindən verilən məlumata əsasən təmsilçilərimiz 10 idman növündə - qılıncoynatma, güləş, şahmat, badminton, parabadminton, 3x3 basketbol, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis və idman gimnastikasında qüvvələrini sınayacaqlar.
Yarışlar aprelin 12-də başa çatacaq.
Azərbaycanın 5 sərbəst güləşçisi Avropa çempionatında mübarizəyə başlayır

Aprelin 7-ində Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına start verilib.
İlk yarış günündə Azərbaycanın 5 sərbəst güləşçisi xalça üzərinə çıxacaq.
Yarışa 1/4 finaldan başlayacaq İslam Bazarqanovun (54 kiloqram) rəqibi hələlik bəlli deyil. Əli Rəhimzadə (65 kiloqram) isə 1/8 finalda belçikalı Ayub Musayevlə qarşılaşacaq.
Kənan Heybətov (70 kiloqram), Orxan Abasov (79 kiloqram) və Abubakr Abakarov (97 kiloqram) mübarizəyə təsnifat mərhələsindən start verəcəklər. Onlar bu raunda müvafiq olaraq, avstriyalı Benedikt Huber, fransalı Zelimxan Hacıyev, ukraynalı Vasil Sovanı sınağa çəkəcəklər.
Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.
Yarışa aprelin 13-də yekun vurulacaq.
Yeniyetmə ağırlıqqaldıranlarımız beynəlxalq turnirdə iştirak ediblər

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranları Özbəkistanın Çirçiq şəhərində keçirilən “Uzbekistan Open”də iştirak ediblər.
Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Zeynəb Həsənova (55 kq) birdənqaldırma hərəkətində 48 kq, təkanla qaldırmada isə 63 kq ağırlığın öhdəsindən gəlib. O, toplamda 111 kq nəticə ilə turniri 4-cü pillədə başa vurub.
Aydan Rzayeva(55 kq) isə birdən qaldırma hərəkətində 53 kq, təkanla qaldırmada isə 66 kq ağırlığı başı üzərinə qaldırıb. Atlet toplamda 119 kq nəticə ilə 6-cı olub.
Azərbaycan karateçiləri Bakıda Qran-Pri turnirində birinci yeri tutdu

Azərbaycanın karateçiləri Bakıda keçirilən Qran-Pri turnirində böyük uğur əldə edərək medal sıralamasında birinci yeri tutublar. Azərbaycan Karate Federasiyasının məlumatına görə, təmsilçilərimiz yarışda 177 medal qazanıb. Bu medallardan 42-si qızıl, 49-u gümüş və 86-sı bürüncdür.
Yarışda Azərbaycan karateçiləri həm fərdi, həm də komanda şəklində uğurlu çıxış ediblər. .
Qazaxıstan 11 qızıl, 4 gümüş və 8 bürünc medal ilə ikinci yeri, Türkiyə isə 8 qızıl, 8 gümüş və 7 bürünc medal ilə üçüncü yeri tutub.
Qeyd edək ki, yarış Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən “Azərbaycan Karate Təşkilatı”nın təşkilatçılığı ilə baş tutub. Tədbirdə 14 ölkəni təmsil edən 1200-ə yaxın karateçi iştirak edib. Yarışlar həm kata, həm də kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında keçirilib.
Qılıncoynadanımız Gimnaziadada qızıl medal qazandı

Serbiyanın Nova Varoş şəhərində təşkil olunan Gimnaziada İdman Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə yarışlara start verilib. Yarışların ilk günündə Azərbaycan komandası heyətində Aydan Atakişiyeva, Mirunay Abasova və Esnat Mirzəyeva mübarizə aparıblar.
Təmsilçilərimizdən Aydan Atakişiyeva 1/8 final mərhələsində, Esnat Mirzəyeva isə 1/4 finalda turnirlə vidalaşıb. Lakin Mirunay Abasova inamlı çıxışı ilə finala qədər irəliləməyi bacarıb. Gərgin keçən həlledici qarşılaşmada M.Abasova Çin təmsilçisinə qarşı üstün oyun nümayiş etdirərək 15:11 hesablı qələbə qazanıb və yarışın qızıl medalına sahib çıxıb.
Azərbaycan gimnastları İtaliyada bürünc medal qazanıblar

Azərbaycanın batut gimnastları Selcan Mahsudova və Əli Niftəliyev İtaliyanın Riççone şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıblar.
Bu barədə Gimnastika Federasiyası məlumat yayıb.
Qarışıq sinxron proqram üzrə yarışan gimnastların çıxışı 46.570 xalla qiymətləndirilib.
Azərbaycan xizəkçisi Qış Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıb

Azərbaycan xizəkçisi Polad Rzayev Qış Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıb.
Milli Paralimpiya Komitəsindən bildirilib ki, İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirində həlledici mərhələni öz kateqoriyasında ikinci olaraq bitirən idmançının hesabında Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) aprelin 1-nə olan reytinq cədvəlinə görə 725.55 reytinq xalı var.
Qeyd edək ki, P.Rzayev son iştirak etdiyi Fransanın Auron şəhərində təşkil edilmiş FIS Paradağ xizəyi turnirinin final mərhələsini 00:51.57 nəticə ilə 7-ci pillədə bitirib.
Azərbaycan basketbol yığmalarının oyunları hava şəraitinə görə təxirə salınıb

Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 3x3 basketbol üzrə bugünkü oyunlar təxirə salınıb.
Buna əlverişsiz hava şəraiti səbəb olub. Bu qərar Azərbaycanın qız və oğlan basketbolçulardan ibarət yığmalarının matçlarına da təsir edib.
Bakı vaxtı ilə 13:00-da başlaması nəzərdə tutulan qarşılaşmalar 3 saat gec start götürəcək.
Qeyd edək ki, oğlanlardan ibarət milli komanda Serbiya və Meksika ilə, qızların yığması isə Rumıniya və Serbiya ilə qarşılaşacaq.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Gündəm
Dünən, 19:30
“Qəhrəmanlar Anası” adlı anım tədbiri keçirilib
Hadisə
Dünən, 18:30
Şamaxıda zəlzələ olub
Hadisə
Dünən, 16:49
ADA məktəbinin şagirdi vəfat edib
Siyasət
Dünən, 16:16
Zakir Həsənov Yaşar Güler ilə görüşüb
Populyar Xəbərlər