Məktəb atışması tarixdəki ən dəhşətli hücum sayılıb

İsveçin Örebro şəhərindəki Campus Risbergska adlı yetkinlər üçün məktəbdə baş verən hücum ölkə tarixində ən dəhşətli kütləvi atışma kimi qiymətləndirilib. “Ulusum”.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson X sosial şəbəkəsində məlumat verib. Baş nazir hadisənin bütün cəmiyyətə təsir etdiyini və buna biganə qalmağın mümkün olmadığını bildirib.
"Bu gün baş verən hadisənin miqyasını anlamaq çox çətindir. Tamamilə günahsız insanlara qarşı dəhşətli və ölümcül zorakılığın şahidi olduq," deyə Kristersson vurğulayıb.
Ədliyyə naziri Gunnar Strömmer isə cəmiyyətdə böyük qorxu olduğunu qeyd edib: "İsveç xalqı heç vaxt belə bir hadisənin baş verəcəyini düşünməzdi. Digər ölkələrdəki oxşar xəbərləri oxuyarkən özlərini qorunmuş hesab edirdilər."
Hücum zamanı təxminən 10 nəfər güllələnib, xəsarət alanların dəqiq sayı dəqiqləşdirilir. Hadisəni törədən 35 yaşlı kişi isə zərərsizləşdirilib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 19:00
Çində17 yaşlı qız sevgilisini 14 min dollara satdı
Sağlamlıq
Bu gün, 18:00
Qazlı su uşaqlar üçün niyə zərərlidir?
Dünya
Bu gün, 17:00
Tramp Ukrayna münaqişəsinin tezliklə bitməsini istəyir
Sağlamlıq
Bu gün, 16:30
Qlüten: miflər və həqiqətlər
Mətbəx
Bu gün, 15:30
Tüstü qoxulu, qozlu-pendirli əsl yay şedevri!
Mətbəx
Bu gün, 15:00
“Tatar mahnısı” — dadı dillər əzbəri salat resepti
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib