11-09-2024, 14:42 0 Hadisə

İordan çayının qərb sahilində İsrail nəzarət-buraxılış məntəqəsinə hücum edilib - HÜCUM ANI

İordan çayının qərb sahilində İsrail nəzarət-buraxılış məntəqəsinə hücum edilib - HÜCUM ANI
İordan çayının qərb sahilində İsrail nəzarət-buraxılış məntəqəsinə hücum edilib.

Mayeləşdirilmiş qaz daşıyan ağır tankerin sürücüsü yol boyu quraşdırılmış İsrail nəzarət-buraxılış məntəqəsinin yanından keçərkən qəfildən yoldan çıxıb və tam sürətlə içərisində əsgərin olduğu kabinəyə çırpılıb. Nəticədə 20 yaşlı əsgər ağır yaralanıb. Zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hücumun səbəbkarının Ramallah bölgəsinin Rafat kəndindən olan 58 yaşlı İsa Abdelqabar Dif Allah olduğu müəyyən edilib.

Eltun Məmmədov

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: