Xalasının işgəncə verdiyi deyilən uşaqla bağlı istintaq aparılır

Bakı şəhərinin Sabunçu rayonunda xalasının işgəncə verdiyi iddia edilən azyaşlı ilə bağlı araşdırma aparılır.
Ulusum.az xəbər verir ki, "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Report"a bildirib ki, azyşalının zorakılığa məruz qalması barədə qonşular məlumat veriblər:
"Uşağın atası və anası vəfat edib, xalası ilə yaşayır. Artıq polis əməkdaşları ilə də əlaqə saxlanılıb. Rayon icra hakimiyyətinin nümayəndələri, polis əməkdaşları hazırda hadisə yerinə gedirlər. Ətraflı məlumat veriləcək".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır:
"Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb. Hazırda uşağın olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış həyata keçirilir. Hadisə ilə digər məlumatlar araşdırma gedişatında bəlli olacaqdır".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 10:30
Hamiləlik dövründə göbələklər niyə qadağandır?
Hadisə
Bu gün, 09:45
Biləsuvarda yeniyetmə su kanalında boğulub
Dünya
Bu gün, 09:30
Afrika miqrantları sağ qalmaq üçün kütləvi qətl törətdi
Dünya
Bu gün, 09:00
Tramp Putinə “nəticələr” xəbərdarlığı etdi
Populyar Xəbərlər