Dünən, 18:30 0 Şou-biznes

Millətə qalsa çoxdan ayrılmışdıq – Pınar Altuğdan cəsur sözlər - FOTO

Millətə qalsa çoxdan ayrılmışdıq – Pınar Altuğdan cəsur sözlər - FOTO
“Çocuklar Duymasın” serialındakı “Meltem” obrazı ilə tanınan Pınar Altuğ 17 il əvvəl özündən 9 yaş kiçik olan Yağmur Atacan ilə ailə qurmuşdu və bu evlilikdən “Su” adlı qız övladları dünyaya gəlmişdi.

Evləndiyi gündən bəri ər-arvad arasındakı yaş fərqi tez-tez gündəmə gətirilsə də, Pınar Altuğ tənqidlərə məhəl qoymur.

“MİLLƏTƏ QALSA, ÇOXDAN AYRILMIŞDIQ”

Altuğ, bir neçə gün əvvəl qatıldığı proqramda bunları deyib:

“Yağmur ilə 17 illik xoşbəxt evliliyimiz var. Əgər sən etdiyin şeydən əminsənsə və için rahatdırsa, heç kimə hesabat vermək məcburiyyətində deyilsən. Həyatımın ən böyük cəsarət nümunəsi ərimlə birlikdə olmaq idi. Millətə qalsa biz çoxdan ayrılmışdıq.”


Bu gün isə Pınar Altuğ 50 yaşını qeyd edir. Yağmur Atacan həyat yoldaşının doğum gününü sosial şəbəkə hesabından təbrik edib.

Millətə qalsa çoxdan ayrılmışdıq – Pınar Altuğdan cəsur sözlər - FOTO


“AİLƏMİZİN PARLAYAN QADINI”

Atacan həyat yoldaşının fotosunu paylaşaraq belə yazıb:

“Ailəmizin parlayan qadını, hər il gözəlliyi artan, hər keçən il karyerasında yüksələn… Uğurun təsadüf olmadığını, paylaşmağın bir fəzilət olduğunu bilən qadın. İyi ki doğuldun, iyi ki varsın. Sən yalnız ailəmizin deyil, ölkəmizin şanslarındansan! 51 yaş heç kimdə səndəki qədər gözəl görünməyib.”


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: