Niderland gömrükçüləri saxta avokadolarda yüzlərlə kiloqram kokain tapıblar

Niderland gömrükçüləri Latın Amerikasından gətirilmiş saxta avokadoların içindən yüzlərlə kiloqram kokain aşkar ediblər, – Bild xəbər verir.
İdxal olunan avokado partiyasının boşaldılması zamanı meyvələrdən biri yerə düşərək şübhəli şəkildə bərk səs çıxarıb. Meyvəni açdıqda içində şirəli meyvə əti əvəzinə plastik qabda 80 kiloqram kokain olduğu məlum olub. Narkotik Dominikan Respublikasından gətirilib.
Bundan sonra hüquq-mühafizə orqanları Rotterdam dəniz limanında olan digər avokado partiyasını da yoxlayıblar. Orada Perudan gəlmiş kisələrdə daha 553 kiloqram kokain aşkarlanıb.
Beləliklə, ümumi müsadirə olunmuş narkotikin çəkisi 633 kiloqram təşkil edib. Onun topdansatış dəyəri təxminən 50 milyon avro olaraq qiymətləndirilir.
Mütəxəssislərin sözlərinə görə, kokain ya meyvələr qablaşdırılan zaman, ya da Panama üzərindən tranzit zamanı avokadoların içinə yerləşdirilib. Panama tez-tez Kolumbiyadan narkotik daşımaları üçün tranzit məntəqəsi kimi istifadə olunur.
İstintaqçılar bildiriblər ki, "kokainli avokado"ların tapıldığı şirkətlərin hadisə ilə heç bir əlaqəsi yoxdur. Böyük ehtimalla narkotiki kartellərin əməkdaşları məhsul satış məntəqələrinə çatdırıldıqdan sonra çıxarmalı imişlər.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 17:30
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar
Hadisə / Şou-biznes
Bu gün, 16:55
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi
Maraqlı
Bu gün, 16:00
İş görüşməsində uğursuzluğa aparan səhvlər
Sağlamlıq
Bu gün, 15:00
Niyə telefon, TV və qulaqcıqlar sağlamlığı pozur?
Maraqlı
Bu gün, 14:30
Qadınlar narkozdan daha tez ayılırmış - Araşdırma
Sağlamlıq
Bu gün, 14:00
Səncə, dişlərinə peşəkar təmizlik lazımdırmı?
Dünya
Bu gün, 13:46
“Dünyanın ən mehriban hakimi” Frenk Kaprio vəfat etdi
Populyar Xəbərlər
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib
Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO