Bu gün, 14:30 0 Maraqlı

Qadınlar narkozdan daha tez ayılırmış - Araşdırma

Qadınlar narkozdan daha tez ayılırmış - Araşdırma
ABŞ-ın Pensilvaniya Universitetinin alimləri ümumi narkozun qadın və kişi orqanizminə təsirində fərqləri araşdırıblar. Tədqiqatın nəticələri Neuroscience elmi jurnalında dərc olunub.

Araşdırmada 22–40 yaş arası 30 sağlam könüllü iştirak edib. Onlara ən çox istifadə olunan inhalyasion anestezik – izofluran tətbiq olunub. Beyin fəaliyyətinə elektroensefaloqrafiya (EEQ) ilə nəzarət edilib.

🔹 Nəticələr göstərib ki, qadınlar kişilərdən orta hesabla 16 dəqiqə tez ayılır.
🔹 Həmçinin onlar narkozdan sonra yaddaş və diqqət testlərini daha sürətlə və dəqiq yerinə yetiriblər.

Eyni sınaqlar siçovullar üzərində də aparılıb və nəticə dəyişməyib – dişi siçovullar erkəklərdən daha tez ayılaraq hərəkətləri üzərində nəzarəti bərpa ediblər.

Alimlərin fikrincə, bu kəşf gələcəkdə anesteziya ilə bağlı risklərin azaldılmasına və cinsə görə fərqli yanaşmaların tətbiqinə imkan aça bilər.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: