Bu gün, 17:00 0 Dünya

ABŞ Rusiya və Ukraynanın danışıqlardakı gizli mövqelərini öyrəndi

ABŞ Rusiya və Ukraynanın danışıqlardakı gizli mövqelərini öyrəndi
ABŞ vitse-prezidenti Cey Di Vens Fox News-a açıqlamasında bildirib ki, Vaşinqton artıq Rusiya və Ukraynanın mövqelərinə dair ilkin detalları əldə edib.

Onun sözlərinə görə, Ukrayna əsasən təhlükəsizlik zəmanətləri tələb edir, Rusiya isə hazırda RF ordusunun nəzarətində olan ərazilərin rəsmiləşdirilməsində maraqlıdır.

Vens əlavə edib ki, tərəflərin təklifləri hələ tam işlənib hazırlanmayıb və ABŞ üzərində işləməyə davam edir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: