Bu gün, 18:00 0 Hadisə / Dünya

Polşada qarğıdalı sahəsinə naməlum obyekt düşərək partladı

Polşada qarğıdalı sahəsinə naməlum obyekt düşərək partladı
Polşanın Mazovets vilayətinin Osiny kəndi yaxınlığında “naməlum, qeyri-təbii mənşəli obyekt” düşərək partlayıb. Bu barədə RİA Novosti-yə Polşa hüquq-mühafizə orqanlarının nümayəndəsi məlumat verib.

“Gecə saatlarında Luko rayonunun Osiny kəndində qarğıdalı sahəsinə naməlum obyekt düşərək partlayıb. Hadisə yerində yanmış metal və plastik qalıqlar aşkar edilib”, — deyə polis bildirib.


Məlumata görə, insident nəticəsində bir neçə evin şüşələri sınıb, xəsarət alan olmayıb. Hazırda mütəxəssislər obyektin düşdüyü ərazidə və qalıqlar üzərində araşdırma aparırlar.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: