22-04-2024, 20:00 0 Gündəm / Cəmiyyət / Köşə

Ölümdən başqa hər şeyin dərmanı - çörəkotunu ac qarına yeyin, ÇÜNKİ... EKSKLÜZİV

Ölümdən başqa hər şeyin dərmanı - çörəkotunu ac qarına yeyin, ÇÜNKİ... EKSKLÜZİV

Əsasən, təbii dərman gücündə olan qara zirə (çörəkotu) əsrlər boyu müalicə məqsədilə istifadə edilən toxumlardandır. Həm dadlı, həm də faydalı olan qara zirəni acqarına qəbul etməklə, onun təsirini bir neçə dəfə artırmış olarıq.

ULUSUM.AZ çörəkotunu acqarına udmağın möcüzəvi təsirlərini təqdim edir:

Mətbəxdə ən çox istifadə edilən toxumlardan biri olan çörək otunuəbəs yerə “Ölümdən başqa hər şeyin dərmanı” adlandırmayıblar. Bu məhsul A, C və B vitaminləri, həmçinin  kalsium, sink və dəmir minerallarla zəngindir. Çörəkotundan istifadə minilliklərə gedib söykənir, daha çox Yaxın Şərqin qədim mədəniyyətlərində və xalq təbabətində geniş istifadə olunmuşdur. Bir az acı və kəskin dadı olan qara zirə əsasən, xəmir yeməklərinə, salatlara xüsusi dad qatmaqla bərabər, acqarına qəbul edilməklə, maksimum faydalı dərman effektli ola bilir.

Çörəkotunu ac qarına yeməyin sağlamlığımıza faydaları:

-         Həzm fermentlərinin ifrazını artıraraq həzm prosesini yaxşılaşdırır.

-         Qəbizlik kimi problemlərin qarşısının alınmasında mühüm rol oynayır.

-         İmmunitet sistemini gücləndirir.

-         Tərkibində olan aktiv maddələrin hesabına orqanizmi infeksiyalardan qoruyur.

-         Soyuqdəymə kimi virus infeksiyalarına qarşı bədənin müqavimətini artırır..

-         Oynaqlara yığılan  iltihabı dəf edir, nəticədə, oynaq ağrıları aradan qalxır.

-         Hətta qan şəkərinin səviyyəsini normallaşdırır, nəticədə, şəkərli diabet tənzimlənmiş olur.

-         Antioksidant təsirə malik olan çörəkotu dəri xəstəliklərinin tez bir zamanda sağalmasında mühüm rol oynayır. Əsasən, sızanaq kimi dəri problemlərini yüngülləşdirir.

Çörəkotu ac qarına necə istifadə edilməlidir?

10 dəqiqə müddətində 1 çay qaşığı qara zirəni 1 stəkan suda saxlayın. Daha sonra ac halda birbaşa mədəyə qəbul edilir.

“Ölümdən başqa hər şeyin dərmanı” ilə şəfa tapmağınız diləyi ilə... 

Aymirə Ağamirova

 




Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: