Bu gün, 15:30 0 Dünya

Tramp–Mask dostluğunun sonu: siyasi fikir ayrılığı böyüyür

Tramp–Mask dostluğunun sonu: siyasi fikir ayrılığı böyüyür
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Fox News efirində milyarder İlon Maskın yeni siyasi partiya yaratmaq ideyasını “böyük səhv” adlandırıb.

Onun sözlərinə görə, Mask artıq radikal solçular tərəfindən sağçı kimi qəbul olunur və buna görə də siyasi “orta xəttə” qayıtmaq, həm demokratların, həm də respublikaçıların sevgisini qazanmaq onun üçün mümkün deyil.

Vitse-prezidentin fikrincə, əgər Mask Respublikaçı Partiyanın fəaliyyətindən narazıdırsa, ən düzgün yol — onu kənardan bölmək yox, partiya daxilində dəyişikliklərə təkan verməkdir.

Vens əlavə edib ki, Donald Trampa və Respublikaçılara sadiq qalmaq Maskın təsir gücünü daha da artırardı.

Xatırladaq ki, Tramp və Mask uzun müddət dost münasibətdə olsalar da, milyarderin may ayında dövlət qulluğunu tərk etməsindən sonra onların münasibətləri pozulub. İyun ayında Tramp Maskdan “çox məyus olduğunu” deyib, iş adamı isə cavabında onun seçkilərdə qələbəsini yalnız öz dəstəyi ilə əldə etdiyini yazaraq, ABŞ-da “əhalinin 80%-nin maraqlarını təmsil edəcək yeni partiya” yaratmaq ideyasını ortaya atmışdı.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: