Bu gün, 12:30 0 Hadisə / Dünya

Bir Saniyəlik Əyləncənin Ağrılı Sonu: 19 Yaşlı qız görmə qabiliyyətini itirdi

Bir Saniyəlik Əyləncənin Ağrılı Sonu: 19 Yaşlı qız görmə qabiliyyətini itirdi
Amerikalı qadın ardıcıl 13 dəfə "təkər" (gimnastik hərəkət) fırladıqdan sonra görmə qabiliyyətini itirib. Bu barədə o, Guardian nəşrinə danışıb.

Vaşinqton ştatından olan Debora Kobb xatırlayır ki, 2002-ci ildə, 19 yaşında olarkən, üç ay ərzində tamamilə görmə qabiliyyətindən məhrum olub. Həmin vaxt o, dostları ilə birlikdə Uestport çimərliyinə getmişdi. Uşaqlıqdan gimnastika ilə məşğul olan Debora bacarıqlarını göstərmək istəyərək "təkər" hərəkəti edib və ardıcıl 13 fırlanışdan sonra yerə yıxılıb və gülməyə başlayıb. Deboranın sözlərinə görə, dostu ona kömək etmək üçün yanına qaçanda onun üz əvəzinə narıncı bir ləkə görüb.

"Başımı silkələdim, amma o hiss yox olmadı. Zarafat edirdik ki, bəlkə 13 dəfə əks istiqamətdə təkər fırlanmalıyam ki, beynimi aldadım. Bir yorğanın üstünə uzandım və çimərlikdə daha bir saat qaldıq, amma görməyim düzəlmədi. Bir az narahat idim, amma sakit qalmağa çalışırdım. Yalnız günün sonunda mağaza küçəsində gəzərkən, lövhələri oxumaqda çətinlik çəkəndə panikaya düşdüm. Hər dəfə mətnə və ya detallara fokuslanmaq istəyəndə həmin narıncı ləkə görüntümü bağlayırdı," – deyə Debora xatırlayır.

Evə qayıdıb anasına vəziyyəti danışıb. Səhər vəziyyəti daha da pisləşib və ögey atası onu xəstəxanaya aparıb. Həkimlər Deboranın göz torluğunun günəş şüası səbəbindən zədələndiyini və bərpa üçün bir neçə həftə lazım olacağını bildiriblər. Ancaq oftalmoloqla məsləhətləşmədən sonra məlum olub ki, Deboranın makula (gözün mərkəzi torluq sahəsi) nahiyəsində qan damarları partlayıb.

"Həkim dedi ki, sağalma iki həftədən çox çəkəcək: əgər şansım gətirsə, üç aya yenidən görə biləcəyəm. Rəsmi olaraq kor elan edilmişdim – maşın sürə, imtahanlara hazırlaşa və ya televizora baxa bilmirdim. Təmamilə ruhdan düşmüşdüm. Demək olar ki, evdən çıxmırdım," – deyə Debora deyir.

Hadisədən sonra Deborada erkən makulyar degenerasiya – görmənin zəifləməsinə səbəb olan proqressiv göz xəstəliyi inkişaf edib. Sonrakı illərdə o, bir neçə dəfə daha yüngül görmə itkisi epizodları yaşayıb. Həmçinin, risk səbəbindən Debora körpəsini dünyaya gətirərkən qeysəriyyə əməliyyatı olunub.

"Övladımın həyatının ilk aylarında onu görə bilməmək fikri məni qorxudurdu. İndi həkimlər vəziyyətimi yaxından izləyirlər, amma fəsadların geri dönmə riski var. Başıma qan axınını artıracaq hər şeydən qaçıram. İndi artıq 20 ildən çox vaxt keçib ki, bir daha 'təkər' hərəkəti etməmişəm. Bəzən darıxıram. Amma bəzən xoşbəxt görünən şeylər belə, riskə dəyməz," – deyə Debora vurğulayıb.

✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: