Əfsanəvi aktyor və həyat yoldaşı niyə birlikdə həyatını itirdi?

İkiqat "Oskar" mükafatçısı, amerikalı aktyor Cin Hekmenin ölüm səbəbi ürək problemləri olub. Bu barədə "Fox News" telekanalı məlumat yayıb. Bildirilir ki, aktyor uzun müddət xəstəlikdən əziyyət çəkib və bu, onun həyatını itirməsinə səbəb olub.
Məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən, Hekmendə ağır aterosklerotik və hipertonik ürək-damar xəstəliyi, koronar arteriyalara stentlərin yerləşdirilməsi və şuntlama əməliyyatı aparılıb. Həmçinin aortal qapaq dəyişdirilib və bədənində biventrikulyar elektrokardio stimulyator quraşdırılıb. Aktyorda xroniki hipertonik böyrək xəstəliyi və Altsheymer xəstəliyinə işarə edən neyrodegenerativ dəyişikliklər də aşkarlanıb.
Cin Hekmen 26 fevral tarixində Santa-Fe şəhərindəki evində ölü tapılıb. Onunla birlikdə həyat yoldaşı, 64 yaşlı klassik pianoçu Betsi Arakava və onların itinin də cəsədləri aşkarlanıb. Məlumata görə, aktyor həyat yoldaşının ölümündən bir həftə sonra vəfat edib.
Araşdırmalar nəticəsində Arakavanın nadir hantavirus sindromundan öldüyü müəyyən edilib. Bu xəstəlik gəmiricilərlə çirklənmiş toz vasitəsilə insana keçir və ağır tənəffüs və ürək çatışmazlığına səbəb olur.
Hazırda cütlüyün cəsədləri hələ də ailə üzvləri tərəfindən təhvil alınmayıb.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 17:30
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar
Hadisə / Şou-biznes
Bu gün, 16:55
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi
Maraqlı
Bu gün, 16:00
İş görüşməsində uğursuzluğa aparan səhvlər
Sağlamlıq
Bu gün, 15:00
Niyə telefon, TV və qulaqcıqlar sağlamlığı pozur?
Maraqlı
Bu gün, 14:30
Qadınlar narkozdan daha tez ayılırmış - Araşdırma
Sağlamlıq
Bu gün, 14:00
Səncə, dişlərinə peşəkar təmizlik lazımdırmı?
Dünya
Bu gün, 13:46
“Dünyanın ən mehriban hakimi” Frenk Kaprio vəfat etdi
Populyar Xəbərlər
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib
Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO