Cin Hekmenin uşaqlarına buraxmadığı miras kimə qismət oldu?

Hollivood ulduzu Cin Hekmen, həyatının son dövrlərində aldığı qərarlarla diqqət çəkib.
“Ulusum”.az-ın məlumatina görə, dünya kinosunun tanınmış simalarından biri olan aktyor, milyonlarla dollar dəyərindəki sərvətini uşaqlarına buraxmaq əvəzinə, tamamilə həyat yoldaşı Betsi Arakavaya verməyi qərara alıb.
Qeyd olunur ki, uşaqları — Kristofer, Elizabet və Lesli — bu sərvətdən heç nə əldə etməyəcək. Bu qərar, ailə üzvləri arasında müəyyən narahatlıqlara səbəb olub və artıq Həkmenin böyük oğlu Kristofer, atasının irsindən pay almaq üçün hüquqlarını müdafiə etmək məqsədilə tanınmış vəkil Endryu M. Katzensteyni ilə əməkdaşlıq etməyə başlayıb.
Bundan başqa, Hekmenin həyat yoldaşı Betsi Arakava, öz əmlakını əgər həyat yoldaşı ondan əvvəl vəfat edərsə, şəxsi nümayəndəsinə təhvil verməyi vəsiyyətnaməsində qeyd edib. Bu nümayəndə isə bu sərvəti, həyatları boyunca Hekmen və Arakava tərəfindən ifadə edilən xeyriyyə məqsədləri üzrə istifadə etməlidir.
Cütlüyün 3,8 milyon dollar dəyərindəki və 800 kvadrat metr sahəsi olan evinin gələcək taleyi isə hələlik qeyri-müəyyəndir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 17:30
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar
Hadisə / Şou-biznes
Bu gün, 16:55
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi
Maraqlı
Bu gün, 16:00
İş görüşməsində uğursuzluğa aparan səhvlər
Sağlamlıq
Bu gün, 15:00
Niyə telefon, TV və qulaqcıqlar sağlamlığı pozur?
Maraqlı
Bu gün, 14:30
Qadınlar narkozdan daha tez ayılırmış - Araşdırma
Sağlamlıq
Bu gün, 14:00
Səncə, dişlərinə peşəkar təmizlik lazımdırmı?
Dünya
Bu gün, 13:46
“Dünyanın ən mehriban hakimi” Frenk Kaprio vəfat etdi
Populyar Xəbərlər
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib
Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO