20-ci əsrin ən məşhur casuslarından biri vəfat edib

Britaniyaya qaçan keçmiş KQB agenti Oleq Qordievski 87 yaşında vəfat edib.
“Ulusum”.az xəbər verir ki, BBC telekanalının verdiyi məlumata görə, Qordievski 20-ci əsrin ən məşhur casuslarından biri sayılır və Oleq Penkovski-dən sonra Sovet İttifaqı kəşfiyyatında ən vacib Britaniya agenti hesab olunur.
Qordievski 23 il boyunca KQB-də çalışıb və 1985-ci ildə Sovet İttifaqının Britaniyadakı rezidenturasının rəhbəri olub. Lakin 1985-ci ilin iyulunda, Britaniya əks-kəşfiyyatı ilə əlaqələrə görə şübhəli bilinərək, Moskvada dindirildikdən sonra SSRİ-dən qaçmağa müvəffəq olub. Onun bu addımı və Mİ6 ilə əlaqələri səbəbindən o, ölüm cəzasına məhkum edilmişdi.
Qordievskinin qaçışı Böyük Britaniyanın Moskvadakı səfirliyi tərəfindən təşkil olunub, o, diplomatik maşının baqaj hissəsində gizlədilərək Britaniyaya gətirilmişdi.
Sovet sistemindən qaçaraq kapitalist dünyasına keçən Qordievski, Stalinin cinayətlərindən xəbərdar olduqdan sonra dünyagörüşünün dəyişdiyini bildirib.
2007-ci ildə isə o, Britaniya tərəfindən Müqəddəs Maykl və Müqəddəs Corc ordeninin cəngavər komandiri təyin olunmuşdu.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 19:00
Çində17 yaşlı qız sevgilisini 14 min dollara satdı
Sağlamlıq
Dünən, 18:00
Qazlı su uşaqlar üçün niyə zərərlidir?
Sağlamlıq
Dünən, 16:30
Qlüten: miflər və həqiqətlər
Mətbəx
Dünən, 15:30
Tüstü qoxulu, qozlu-pendirli əsl yay şedevri!
Mətbəx
Dünən, 15:00
“Tatar mahnısı” — dadı dillər əzbəri salat resepti
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib