FHN-in nümayəndə heyəti Türkiyədə SƏFƏRDƏ FOTO

Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin rəisi general-mayor Əşrəf Qasımovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti 23-26 aprel 2024-cü il tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində səfərdə olub.
ULUSUM.az nazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Respublikasının Jandarma Hava Qüvvələrinin Komandanı general-leytenant Əli Doğanla görüşən Əşrəf Qasımov Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, mövcud əməkdaşlığın ildən-ilə genişləndiyini diqqətə çatdırıb. Türkiyə Respublikasının Jandarma Hava Qüvvələrinin Komandanı general-leytenant Əli Doğan son illər Türkiyədə baş vermiş fövqəladə hallar zamanı - 2021-2022-ci illərdəki meşə yanğınlarının söndürülməsində, 2023-cü ildəki dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycan tərəfinin göstərdiyi köməyin əhəmiyyətini vurğulayıb.
Görüşdə fövqəladə hallar zamanı hər iki ölkənin müvafiq qurumlarının aviasiya qüvvələrinin birgə fəaliyyəti, təlimlərin təşkili, xilasetmə və təxliyə məsələlərində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin, səfər çərçivəsində FHN-in nümayəndə heyəti Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) baş direktoru Temel Kotillə də görüş keçirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər zamanı FHN-in nümayəndə heyəti Türkiyənin Jandarma Hava Qüvvələri Komandanlığının fəaliyyəti ilə yaxından tanış olub.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
Diyetoloq sağlam oynaqların sirrini açıqladı
Cəmiyyət
Dünən, 16:02
Tıxacda Mühərriki Tez-Tez Söndürmək Zərərlidir – Mütəxəssislərdən Vacib Xəbərdarlıq
Dünya
Dünən, 16:00
Xameneyi Trampı Yalançılıqda İttiham Etdi
Türk dünyası / Türkiyə
Dünən, 15:57
Adile filmi sete çıktı! Tarık Akan'a şaşırtan benzerlik ortaya çıktı
Populyar Xəbərlər
Aysel Xanlarqızı Beynəlxalq Ədəbiyyat Mükafatına Layiq Görüldü
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Ağdamda yeni nəqliyyat kompleksi – Böyük Qayıdışa güclü dəstək
Azərbaycanda Çin Dili Sürətlə Yayılır – Orta Məktəblərdə Tədris Olunacaqmı?
Jerar Depardye cinsi təcavüzdə təqsirli bilindi: Paris məhkəməsindən şərti cəza
Tekirdağda Görməli Yerlər: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Unudulmaz Səyahət FOTO/VİDEO