XİN başçısı: Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı təhdidlər var

Ermənistandakı revanşist meyillər Azərbaycan üçün narahatlıq mənbəyidir.
“Ulusum”.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
“Cənubi Qafqazdakı təhlükəsizlik mühiti, Ermənistan-Azərbaycan postmünaqişə məsələsi də bugünkü görüşün müzakirə mövzusu olub. Azərbaycan-Gürcüstan münasibətlərini səciyyələndirən amillərdən biri də bir-birimizin ərazi bütövlüyünü dəstəkləməyimizdir. Ermənistanın Azərbaycana münasibətində isə biz bunu deyə bilmərik”, - XİN başçısı vurğulayıb.
C.Bayramov əlavə edib ki, Azərbaycan hərbi güclə beynəlxalq hüququn tələblərini icra etmək məcburiyyətində qalıb:
“Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib. Son dörd ildə sülh sazişi üzrə çox böyük irəliləyiş əldə olunub, delimitasiya üzrə ilkin müsbət nəticələr əldə olunub. Ancaq hələ də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır”.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 19:00
Çində17 yaşlı qız sevgilisini 14 min dollara satdı
Sağlamlıq
Dünən, 18:00
Qazlı su uşaqlar üçün niyə zərərlidir?
Sağlamlıq
Dünən, 16:30
Qlüten: miflər və həqiqətlər
Mətbəx
Dünən, 15:30
Tüstü qoxulu, qozlu-pendirli əsl yay şedevri!
Mətbəx
Dünən, 15:00
“Tatar mahnısı” — dadı dillər əzbəri salat resepti
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib