DƏHŞƏT! Müştəri çayxana sahibinə 10-dan çox bıçaq vurdu

Zaqatalada mübahisə bıçaqlanma ilə nəticələnib.
ULUSUM.az saytının məlumatına görə, hadisə aprelin 27-i axşam saat 23 radələrində rayonun Qandax kəndində baş verib.
Kənd ərazisində fəaliyyət göstərən çayxanaya gələn müştəri, Qandax kənd sakini 1986-cı il təvəllüdlü Tural Hüseyn oğlu Bayramovla çayxananı işlədən Qandax kənd sakini 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradov arasında mübahisə baş verib.
Mübahisə zamanı T. Bayramov üzərində olan bıçaqla həmkəndlisi N. Muradova çoxsaylı bıçaq xəsarətləri yetirib.
Hadisə zamanı bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq yarası xəsarətləri alan N. Muradov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.
N. Muradovun üzərində aparılan cərrahiyyə əməliyyatı zamanı onun bədənində 10-dan yuxarı bıçaqla xəsarət yetirilmiş kəsilmiş yara aşkar edilib.
N. Muradova vurulan bəçaqlardan yalnız biri döş qəfəsində daxilə nüfuz edib.
N. Muradovun müalicəsi hazırda Zaqatala RMX-nın Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə törətməkdə şübhəli sayılan T. Bayramov isə saxlanılıb. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 19:00
Çində17 yaşlı qız sevgilisini 14 min dollara satdı
Sağlamlıq
Bu gün, 18:00
Qazlı su uşaqlar üçün niyə zərərlidir?
Dünya
Bu gün, 17:00
Tramp Ukrayna münaqişəsinin tezliklə bitməsini istəyir
Sağlamlıq
Bu gün, 16:30
Qlüten: miflər və həqiqətlər
Mətbəx
Bu gün, 15:30
Tüstü qoxulu, qozlu-pendirli əsl yay şedevri!
Mətbəx
Bu gün, 15:00
“Tatar mahnısı” — dadı dillər əzbəri salat resepti
Populyar Xəbərlər
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Yazıçı Vüqar Tapdıqlı vəfat edib