İrəvan hücuma hazırlaşır

Fransanın Ermənistana belə təhlükəli silah göndərməsi Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə xidmət edir.
Ulusum.az bildirir ki, bu sözləri Axar.az-a politoloq Turab Rzayev Fransa ilə Ermənistan arasında SEZAR özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə müqavilənin imzalanmasına münasibət bildirərkən deyib.
O bildirib ki, Fransa bir tərəfdən vasitəçi olmağa çalışır, ATƏT-in Minsk Qrupunu diriltməyə cəhd edir, Qranada sammitində olmaq istəyir, digər tərəfdən Ermənistanı silahlandırır:
"Necə ola bilər ki, bir ölkə həm bir tərəfi silahlandırsın, həm də tərəflər arasında vasitəçi olmağa can atsın? Biz əlbəttə ki, buna etirazımızı bildirirdik. Cavab olaraq açıqlayırdılar ki, guya Ermənistana verilən silahlar müdafiə sistemləridir, burada hücumdan söhbət gedə bilməz. Ancaq müdafiə olunmaq üçün uzaqmənzilli artilleriya sistemlərinə, haubitsalara ehtiyac yoxdur. Görünən budur ki, əslində Ermənistan hücuma hazırlanır, öldürücü silahlarla təchiz olunur".
Politoloq qeyd edib ki, Fransa dünyada hərb sənayesi inkişaf etmiş ölkələrdən biridir:
"Fransa aviasiya sahəsində dünyada ikinci, bəzi sahələrdə isə üçüncü ən böyük hərbi texnoloji gücdür. Bunları nəzərə alaraq, Ermənistanın bu cür silahlandırılmasını bölgənin qan gölünə çevrilməsi üçün hazırlanan zəmin olaraq dəyərləndirmək olar. İstənilən halda bu vəziyyət üçün mövqe ortaya qoyulmalı, həm hərbi müttəfiqlərlə birlikdə bu silahlara qarşı müdafiə sistemi hazırlamalı, həm də beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırmalıyıq".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 15:30
Suriya Rusiyadan patrulların bərpasını istəyir
Siyasət
Bu gün, 14:54
İlham Əliyevdən Hicran Hüseynovaya yüksək orden
Cəmiyyət
Bu gün, 14:32
12 avqust – Beynəlxalq Gənclər Günü
Sağlamlıq
Bu gün, 14:30
Qəhvənin ən təsirli vaxtı — oyanandan sonra?...
Hadisə
Bu gün, 13:33
Bilgəhdə dənizdə batan şəxsin meyiti tapıldı
İdman
Bu gün, 13:00
Ronaldu Corgina Rodrigesə evlilik təklifi etdi
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO
Rəsmi Tokio Xirosima bombalamasında ABŞ-ı dilə gətirmədi
Ağ Evdə Moskvasız Sülh Sammiti - Euronews