Amerikanın silahları və onların 400 milyonu niyə LƏĞV OLUNMALIDIR? - Eksklüziv
©Mənbə: Keyt Srakokiç
Amerika ictimaiyyətində və hökumət səviyyəsində bir mövzu həmişə qızğın mübahisələrə səbəb olub: silah. Kimi onları sevir, kimisi isə həddindən çox sevir. İnsanların müsbət və mənfi fikirlərini nəzərə alaraq yalnız bunu demək olar ki, silahlar Birləşmiş Ştatlarda həyat tərzidir. Lakin düşüncə tərzinin dəyişməli olduğuna inananlar da var.
Bütün bunlar belə bir sual doğurur: niyə bu qədər amerikalı odlu silahlara bu qədər bağlıdır? 2021-ci ildə keçirilən "Gallup Poll" sorğusuna əsasən, silah sahiblərinin yüksək faizi özünümüdafiəni əsas səbəb kimi göstərib. Görünür ki, amerikalıların çox hissəsi potensial təhlükədən qorxurlar.
Lakin silah sahiblərinin silahlardan yalnız özünümüdafiə məqsədilə istifadə etməyə məcbur olduqları faktı bir o qədər də həqiqətə uyğun deyil. Son məlumatlara görə, silah sahiblərinin 3 faizdən az hissəsi özünü qorumaq üçün odlu silahdan istifadə etmək məcburiyyətində qaldıqlarını bildirirlər.
Silahlara gəldikdə isə, bir çox kütləvi informasiya vasitələri islahatların zəruriliyindən bəhs etməyə meyllidirlər.
Ulusum.az-ın ABŞ Bürosunun məlumatına əsasən, tədqiqatlar göstərir ki, silah zorakılığının əhəmiyyətli hissəsi təsadüfən baş verir, xüsusilə də evlərdəki silahlardan bəhs edildikdə.
İctimai yerlərdə baş verən kütləvi ölümlə nəticələnən zorakılıq halları ABŞ ictimaiyyətinin qəzəbinə səbəb olur.
ABŞ-n müxtəlif ştatlarında baş verən təsadüfi ölümlər evlərdə saxlanılan silahların bir çox hallarda yanlış istifadəsinin nəticəsidir.
Misal olaraq Missuri ştatının Kanzas şəhərində yaşanan faciəni göstərmək olar: 16 yaşlı afrikalı Ralf Yarl səhvən 84 yaşlı Endryu Daniel Lesterin evinə yaxınlaşır. O hesab edir ki, bura əkiz qardaşlarını götürməli olduğu evdir. O İki dəfə qapının zəngini çalır, Lester dərhal oğlana atəş açaraq onu güllələyir. Hadisə nəticəsində Ralfın qolu və başı zədələnir və o beyin travması alır.
Təəssüf ki, Ralf Yarlın faciəsi yeganə hal deyil. Oğlanın güllələnməsi hadisəsindən cəmi iki gün sonra Nyu York şəhərində yaşayan bir gənc təsadüfən tanımadığı evin həyətinə daxil olaraq ölümlə nəticələnən səhvə yol verir.. Səhv etdiyini anlayır o və avtomobili geri hərəkət etdirir.Avtomobil yoldan çıxarkən ev sahibi Kevin D. Monahan 20 kaliberli silahdan istifadə edərək avtomobildə olan dörd gəncə atəş açır və bu iki nəfərin ölümünə səbəb olur.
Hazırda ABŞ-da 400 milyondan çox silah dövriyyəsi mövcuddur və on milyona yaxın amerikalı hər biri 30 və daha çox silaha sahibdir.
Birləşmiş Ştatlarda silah qanunlarına gəlincə, bunun sonsuz mübahisələrə səbəb olan bir məsələ olduğuna heç bir şübhə yoxdur. İnsanların bir hissəsi silahların lehinə,bir hissəsi isə əleyhinədir, bu isə siyasi və ya ictimai mühitdə böyük təzadlara səbəb olur.
Bir çox mühafizəkarlar cinayətkarlığın artmasını silah məhdudiyyətlərinin az olmasının səbəbi kimi qeyd etsə də, digər tərəf bunun əksini iddia edir.
Odlu silahla bağlı daha sərt qanunların tərəfdarı olanlar ictimai təhlükəsizlik tələblərinə də meyllidirlər. Nəzəriyyəyə görə, bu, təkcə təsadüfi silah zorakılığını azaltmaqla bərabər, kütləvi atışmalar kimi cinayət əməllərinin qarşısının alınması üçün də kömək edəcəkdir. Araşdırmalara görə, hal-hazırda ABŞ qərb dünyasında kütləvi atışmaların baş verdiyi ölkələr arasında birinci yerdədir.
Birləşmiş Ştatları daima bəlaya salan kütləvi atışmalardan sonra bu qaydaların həyata keçirilməsi məntiqli görünməlidir. Təəssüf ki, bu, bəzilərinin düşündüyü qədər sadə məsələ deyil.
Əhəmiyyətli silah məhdudiyyətlərini həyata keçirməyə müvəffəq olan digər ölkələrdən fərqli olaraq, Birləşmiş Ştatlar silah nəzarəti məsələsində özünəməxsus bir problemə malikdir.
ABŞ-da hər bir ştat əhəmiyyətli dərəcədə fərqli silah qanunvericiliyinə malikdir ki, bu da məsələnin mürəkkəbləşməsinə təkan verir. Hər bir yurisdiksiya silahlara müxtəlif cür yanaşır və silah qanunlarının bu modeli yalnız silah zorakılığının geniş miqyasda aradan qaldırılması məqsədinin mürəkkəbliyinə səbəb olur.
Dövlət və federal hökumətlərin quruluş müxtəlifliyi səbəbindən silahlara dair müxtəlif fikirlər bu məsələdə əhəmiyyətli bir müşküllük yaranmasına səbəb olub. Xüsusilə federal hökumətdə bir çox Nümayəndələr silah nəzarəti ilə bağlı hər hansı müzakirənin mənasız olduğunu bildirirlər. Bu isə yalnız silah qanunları ətrafında mübahisənin həllini gecikdirir. Silah nəzarətinə qarşı müqavimət, əsasən, Amerikada dərin kök salmış silah mədəniyyəti nəticəsində baş verir. Dünyanın heç bir ölkəsində amerikalılar kimi odlu silahlara tamamilə bağlılıq yoxdur və bu, silah qanunvericiliyi ilə bağlı istənilən müzakirəyə qarşı müqavimətdə özünü göstərir.
Silah siyasətinin formalaşmasında iştirak edən təşkilatlardan ən məşhuru, əlbəttə ki, son on beş ildə ABŞ-da silah nəzarəti qanunvericiliyinin bloklanması üçün əhəmiyyətli bir qol olan Milli Atıcılıq Assosiasiyasıdır (National Rifle Association).
Təəssüf ki, mülahizələrə görə silah qanunvericiliyi ətrafında blokada hələ uzun müddət davam edəcək. Hər iki tərəfi anlamaq üçün həm respublikaçıların, həm də demokratların səyləri göstərilənə qədər silah nəzarəti ilə bağlı nüanslı yanaşma qeyri-mümkündür.
Davamlı silah nəzarəti qanunvericiliyinə nail olmaq silahların tamamilə qadağan edilməsi qədər sadə deyil. Konstitusiya hüquqları, ictimai təhlükəsizlik tələb edən və cəmiyyətdaxili yanaşmalar arasındakı qarşılıqlı əlaqə, silah sahibliyi və qanunvericiliyin əhatə etdiyi hər hansı xoşagəlməz hadisə baş vermədən əvvəl silahlarla bağlı məsələ həll edilməlidir.
Silah qanunvericiliyi ilə bağlı məsələ yalnız qanunvericilər deyil, həm də hüquq-müdafiə, vəkillər və ümumi ictimaiyyət tərəfindən dərindən müzakirə olunmalı və insanların təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək bir qanun imzalanmalıdır.
Bütün bunlar Amerikada, xüsusilə də seçki ilində baş verən dərin əhəmiyyətli müzakirələrdir.
Biz inanırıq ki, insanların kütləvi şəkildə güllələnməsi, məktəblərə, mağazalara və digər insanların kütləvi şəkildə toplaşdığı məkanlara silahlı hücumların, məişət zəminində təsadüfı ölümlərin sayı azalacaq və hətta sıfıra enəcək.
Münəvvər VAHABOVA
Ulusum.az ABŞ Bürosu.
Nyu-York

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
22-04-2024, 18:07
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni hesabatını dərc edib. ULUSUM.az hesabata nəzər yetirərək
13-05-2024, 18:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa
5-05-2024, 19:48
NATO-Rusiya gərginliyi durmadan artır, Qərbdə zaman qazanılması üçün Ukrayna savaşının uzadılmasına qərar verilib...
5-05-2024, 03:30
"Çox görüşlərdə oluram. Həmişə müxtəlif auditoriyalara dəvət edirlər. Amma hər görüşdən əvvəl adam həyəcanlanır.
13-05-2024, 08:00
Ulusum.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə
Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 13:33
Macarıstan Ukrayna ilə sərhəd yaxınlığında hava hücumundan müdafiə sistemi quraşdıracaq
Maraqlı
Bu gün, 12:14
Qripin qarşısını tez zamanda necə almaq olar?
Cəmiyyət
Bu gün, 12:10
İran BMT-nin Baş Assambleyasında ölüm hökmünün dayandırılmasının əleyhinə səs verib
Hadisə
Bu gün, 12:09
Palmira şəhəri yaxınlığında İsrailin hava hücumu nəticəsində 10 Suriya əsgəri həlak olub
Cəmiyyət
Bu gün, 10:51
Tramp Baydenin ATACMS qərarını nəzərə alaraq Rusiya Federasiyası ilə danışıqlara başlaya bilər
Hadisə
Bu gün, 10:07
İsrail ordusu Livanın sahil bölgələrində Hizbullahın iki səhra komandirinin məhv edildiyini açıqlayıb
İqtisadiyyat
Bu gün, 10:00
Bayden administrasiyası Ukraynaya 275 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib
Hadisə
Bu gün, 09:54
Baltik dənizinin dibində kabelləri zədələməkdə şübhəli bilinən şəxsin Rusiya vətəndaşı olduğu üzə çıxıb
Populyar Xəbərlər
İran XİN: "Culfa ilə Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin açılması məsəsləsini diqqətdə saxlayırıq"
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Baş ağrısını kəsən təbii yollar