Bu gün, 16:00 0 Dünya

Ərdoğan deyir ki, Türkiyə həmişə Azərbaycanın yanında olacaq

Ərdoğan deyir ki, Türkiyə həmişə Azərbaycanın yanında olacaq
8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən görüşdə əldə olunan razılaşma, Cənubi Qafqazda uzunmüddətli sülh yolunda tarixi addım oldu.


Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasının yekunlarına dair brifinqdə bildirib.

O qeyd edib ki, Azərbaycanın torpaqlarının uzunillik erməni işğalından azad olunması ilə regionun inkişafında yeni mərhələ açılıb.

Türkiyə prezidenti həmçinin Azərbaycana tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını alqışlayıb:

“Türkiyə tərəfinin məmnunluğunu qardaşım – Azərbaycan prezidenti İlham Əliyevə çatdırdım. Vurğuladım ki, Türkiyə həmişə Azərbaycanın yanında olacaq”


– deyə dövlət başçısı bildirib və bu mövzunu Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında da müzakirə etdiyini əlavə edib.

Siyasətçinin sözlərinə görə, regionda sülh mühiti yarandıqda avtomobil və dəmir yolu əlaqələri bərpa olunacaq, sərhəd-keçid məntəqələri açılacaq, azad ticarətin qarşısındakı maneələr aradan qaldırılacaq ki, bu da bütün regional dövlətlərin maraqlarına cavab verir.

Prezident əmin edib ki, Ankara bölgədə sülh və sabitlik uğrunda mübarizəni davam etdirəcək.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: