Bu gün, 15:00 0 Hadisə / Dünya

İsrailin hücumu: Qəzzədə 6 jurnalist həlak oldu

İsrailin hücumu: Qəzzədə 6 jurnalist həlak oldu
İsrail ordusunun dünən gecə Qəzzə şəhərində Şifa Xəstəxanası yaxınlığında, jurnalistlərin olduğu çadıra etdiyi hücum nəticəsində həlak olan jurnalistlərin sayı 6-ya yüksəlib. Qəzzə hökumətinin Media Ofisindən verilən açıqlamada bildirilir ki, İsrail ordusunun xəstəxana yaxınlığında jurnalistlərin olduğu çadıra endirdiyi hücumda jurnalist Məhəmməd əl-Xalidinin də həyatını itirdiyi bildirilib.

Hücumda Al-Cəzirə kanalının əməkdaşları olan iki müxbir və üç kameraman olmaqla altı jurnalist ölüb. Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bu hadisəni “müharibə cinayəti” olaraq qiymətləndirib.

Açıqlamada qeyd olunur ki, “Sahat” media platformasında çalışan əl-Xalidi, İsrail işğalçı qüvvələrinin Qəzzədəki Şifa Xəstəxanası yaxınlığında jurnalistlərin çadırını birbaşa bombaladığı dəhşətli qırğında həyatını itirən 6 jurnalistdən biridir. İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzzə Zolağına etdiyi hücumlarda öldürülən jurnalistlərin sayı 238-ə çatıb.

İsrail ordusunun dünən axşam Qəzzə şəhərindəki Şifa Xəstəxanası yaxınlığında jurnalistlərin olduğu çadıra etdiyi hücumda Al Jazeera müxbirləri Ənəs eş-Şərif və Məhəmməd Qurayka ilə üç kameraman həyatını itirmişdi. İsrail ordusu bu hücumla bağlı açıqlama verərək, Ənəs eş-Şərifin öldürülməsini təsdiqləyib. Açıqlamada iddia olunur ki, Şərif Hamasda hüceyrə rəhbəri kimi fəaliyyət göstərirmiş və İsrailə raket hücumları planlaşdırırmış.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: