Günəş şüalarını əngəlləyən qidalar

Qızmar yay aylarında günəşin dəriyə və orqanizmə zərərləri pik həddə çatır. Ağrılı günəş yanıqları və erkən yaşlanma riski hamını təhdid edir.
Ancaq mütəxəssislər bəzi qidaları istehlak etməyin dərini ultrabənövşəyi (UV) şüalardan qorumağa kömək etdiyini bildirirlər.
Günəşli yay günlərində və hətta bütün il boyu günəşdən qoruyucu kremlərdən istifadə etmək vacibdir. Bundan imtina etməyin bəhanəsi yoxdur. Ancaq krem və spreylərlə mühafizə olunmağa baxmayaraq, yayda dəri problemlərindən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Ona görə də sadəcə bu məhsullarla kifayətlənməməli, dərini daxildən də gücləndirməyin yollarını tapmaq lazımdır. Pəhrizinizə bəzi qidaları əlavə etməklə günəşin zərərlərindən daha yaxşı qoruna bilərsiniz.
C, E, B3 vitaminləri (həmçinin niasin kimi tanınır), Omeqa-3 yağ turşuları və astaksantin dərimizi zərərli UV şüalarından təbii şəkildə qorumağa kömək edir.
Medicina.az dərini və orqanizmi günəşin zərərlərindən qoruyan qidaları təqdim edir:
1.Meyvələr
Moruq, böyürtkən, qaragilə, çiyələk, qoji kimi giləmeyvələr, eləcə də zoğal günəşdən qorunmağa kömək edir.
2. Yaşıl çay
Yaşıl çayın faydaları saysız-hesabsızdır. Daha çox bağırsaq sağlamlığına təsirli olduğunu bildiyimiz yaşıl çay əslində dərini günəşin zərərli şüalarından da qoruyur.
3. Yerkökü
Yerkökü əhəmiyyətli miqdarda polifenollar, C vitamini və niasin ehtiva edir ki, bu da onu dəri üçün super qidaya çevirir.
4. Qızılbalıq
Qızılbalıq astaksantin, niasin və E vitamini ilə zəngindir. Bu o deməkdir ki, dəri sağlamlığınızı qorumağa çalışarkən istehlak etməli olduğunuz qidaların başında qızılbalıq gəlməlidir.
5. Şokolad
Bilirik ki, şokoladı sevmək üçün başqa bir səbəbə ehtiyacınız yoxdur. Ancaq tünd şokolad dadlı olduğu qədər də sağlam bir qidadır. Kakao antioksidantla zəngin polifenolların əla mənbəyidir və dərimizi günəşin zərərindən qorumağa imkan verir.
2016-cı ildə "The Journal of Nutrition" jurnalında dərc edilən bir araşdırma göstərib ki, kakao təkcə günəşdən qorumur, həm də dərinin elastikliyini artırır və qırışları açır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 20:45
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi
Dünya
Dünən, 19:55
Qətərə zərbə sonrası Türkiyədən sərt bəyanat
Dünya
Dünən, 19:39
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə